Skip to content
4 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Naxçıvanda nazirlərin adları niyə gizlədilir?
  • Siyasət

Naxçıvanda nazirlərin adları niyə gizlədilir?

Sabah Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri təyin edilməsinin 27 illiyi tamam olur. Vasif Talıbov bu
Cavidan 15 Dekabr, 2022
asif (2)

Sabah Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri təyin edilməsinin 27 illiyi tamam olur.

Vasif Talıbov bu vəzifəyə 1995-ci ildə Namiq Həsənovun yerinə seçilib. Naxçıvan MR Azərbaycanın hüquq sistemi çərçivəsində idarə edilsə də, buradakı idarəetmə forması barədə ictimaiyyət o qədər də məlumatlı deyil. Son günlərdə Muxtar Respublikada keçirilən əməliyyatlar çərçivəsində müxtəlif vəzifəli şəxslərin saxlanılması da, bu məsələni gündəmə gətirib. Naxçıvan MR-nın Ali Məclisinin və Nazirlər Kabinetinin saytında bu qurumların rəhbər şəxsləri barədə məlumatlar demək olar ki, yoxdur.

Belə ki, Naxçıvan MR-nın saytında yalnız baş nazir Səbuhi Məmmədov və baş nazirin birinci müavini Elşad Əliyevin adları qeyd olunub. Kabinetə daxil olan nazirliklərin rəhbər şəxsləri, eləcə də digər müavinlər barədə rəsmi mənbələrdə məlumatlara rast gəlmək mümkün deyil. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin saytında isə kabinet üzvlərinin (nazirlər, dövlət komitələri və dövlət xidmətlərinin rəhbərləri) adları ardıcıllıqla qeyd edilib.

Maraqlıdır ki, Naxçıvan Nazirlər Kabinetinin saytında yayımlanan rəsmi xəbərlərdə də Talıbovun nazirlərlə kollektiv şəklini tapmaq olmur, bütün müşavirələr təkcə Ali Məclisin Sədrinin şəkliylə yayımlanıb.

Naxçıvan MR-nın Nazirlər Kabinetinin internet resursunda yalnız aparatın məsul şəxslərinin qəbul günləri bölməsində buraya daxil olan şöbələrin müdirlərinin adını tapmaq olar. Buradan məlum olur ki, Naxçıvan Nazirlər Kabinetində aşağıdakı şöbələr var:

Aqrar məsələlər və ekologi̇ya şöbəsi – Mübari̇z Bayramov (şöbə müdiri)

Humani̇tar və sosi̇al məsələlər şöbəsi̇ – Sevi̇nc Cabbarova (şöbə müdiri)

İqti̇sadi̇yyat şöbəsi – Zahi̇d Qənbərov (şöbə müdiri)

Hüquq şöbəsi – Gülçi̇n Dünyamaliyev (şöbə müdiri)

Aparat – Aləm Bağırov (aparat rəhbəri)̇

Ti̇ki̇nti̇, sənaye və energeti̇ka şöbəsi – Ni̇had Qurbanov (şöbə müdiri)

Ümumi̇ şöbə – Fəri̇d Babayev (şöbə müdiri)̇

Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan Ali Məclisi qarşısında hesabat verir. Muxtar Respublikada ən yüksək qurum Ali Məclisdir.

Qeyd edək ki, son bir ayda Bakıdan Naxçıvana getmiş xüsusi əməliyyat-istintaq qrupunun həyata keçirdiyi əməliyyatlar nəticəsində Naxçıvan Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov, eləcə də Naxçıvanın maliyyə naziri Rafael Əliyev və  Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib.

Bu proseslərin fonunda əvvəlki illərdə həbs edilən və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla münasibətlərinin yaxşı olmadığı bildirilən Naxçıvanın milli təhlükəsizlik naziri olmuş Vəli Ələsgərov məhkəmənin qərarı ilə cəza müddəti başa çatmadan azadlığa buraxılıb, sabiq daxili işlər naziri Əhməd Əhmədov isə həbsxanadan xəstəxanaya köçürülüb.

Xatırladaq ki, bu gün isə mediada Vasif Talıbovun uzunmüddətli məzuniyyətə göndərildiyi barədə məlumat yayılıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Quba yolundakı dəhşətli qəzada ölənlərin adları – Siyahı + Yenilənib
Next: Kəlbəcərdə minaya düşən şəxslərin vəziyyəti açıqlandı – Video – Yenilənib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 154646
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

Cavidan 1 İyul, 2026
Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026
Ekran şəkli 2026-06-25 162317
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 688)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib Screenshot 2026-07-04 083132 1
  • Kateqoriyasızlar

DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib

4 İyul, 2026
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub Screenshot_20260703_155046_com_android_chrome_ChromeTabbedActivity 2
  • İdman

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub

3 İyul, 2026
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity 3
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

3 İyul, 2026
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq Screenshot_20260703_135432_com_android_chrome_ChromeTabbedActivity 4
  • Cəmiyyət

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

3 İyul, 2026
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 5
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9688) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (520) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.