Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

Azərbaycanda problemli kreditlərin yaratdığı problemlər – EKSPERT RƏYİ

Devalvasiyadan sonra aktuallaşan bu problem hələ də qalmaqdadır. Ekspert hazırkı bahalaşma şəraitində problemli kreditlərin artması tendensiyasının daha gözlənilən
Cavidan 10 Dekabr, 2022

Devalvasiyadan sonra aktuallaşan bu problem hələ də qalmaqdadır. Ekspert hazırkı bahalaşma şəraitində problemli kreditlərin artması tendensiyasının daha gözlənilən olduğu qənaətindədir. Məhz buna görə Mərkəzi Bank kreditlərin verilməsi qaydalarında dəyişiklik etdi. Çünki ehtiyat edilir ki, banklar daha çox istehlak krediti versələr, problemli kreditlər artar.

“Kaspi”qəzeti problemli kreditlər mövzusunu araşdırıb:

Azərbaycanın bank sektorunun əsas problemlərindən biri də problemli kreditlərdir. Devalvasiyadan sonra sürətlə artan problemli kreditlər məsələsi hələ də aktual olaraq qalır. Mərkəzi Bankın məlumatına əsaslansaq, 2022-ci ilin avqustun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi ötən ilin ilk yarısı ilə müqayisədə 0,2% artaraq 662,3 milyon manata çatıb. Vaxtı keçmiş kreditlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 29,4% azalıb. Vaxtı keçmiş kreditlərin nəzərəçarpacaq dərəcədə azalması sevindirici xəbərdir. Bəs bu azalmanın səbəbi nədir? Açıqlanan göstəricilərin bank sektoruna və istehlakçılara hansı xeyri var?

Ya qaytarılır, ya da balansdan silinir

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov dedi ki, reallıqda problemli kreditlər 2 səbəbdən azala bilər: “Birincisi, kreditlər qaytarılanda. Bu proses ya könüllü, ya bankın səyi, kollektorların təzyiqi, bəzən hətta hüquq mühafizə orqanlarının məsələyə qarışması ilə olur. İkinci yol budur ki, problemli kredit batır, qayıtmır və bankın balansından silinir. Bu hal problemli kreditlərin statistikasında görünmür. Birinci variant bankların xeyrinədir. Amma ikinci variant o deməkdir ki, bank o pulu tamamilə itirib. Banklarda bunların hər ikisi olur. Yəni pulun bir hissəsi qayıdır, bir hissəsi isə batır”.  

Banklar pis vəziyyətdə olduqlarını göstərmək istəmirlər 

Ekspert bildirdi ki, bank statistikasında heç vaxt açıqlamırlar ki, problemli kreditlərin nə qədəri qayıdıb, nə qədəri isə batıb: “Bu da onu deməyə əsas verir ki, əksər hissəsi batıb. Çünki qayıtsaydı, onu da deyərdilər. Sual yaranır ki, bəs bank niyə gizlədir? Birinci səbəb odur ki, banklar pis vəziyyətdə olduqlarını göstərmək istəmirlər. Bu o deməkdir ki, bankın idarəetməsində problem var. İkinci səbəb odur ki, bunun açıqlanması banka borcu olanları şirnikləndirər. Onlar düşünərlər ki, bankın pulunu qaytarmamaq da olar”.  

Azalma bankların xeyrinədir, yoxsa ziyanına?

Ə.Həsənovun sözlərinə görə, problemli kreditlər qaytarılsaydı, bunun bank sektoruna xeyri dəyərdi: “Yəni banka qayıdan pul yenidən kredit kimi verilər və bank qazanardı. Əgər qayıtmayıb batıbsa, bu, bank sistemi üçün itkidir. Banklar hesabatlarını şəffaf şəkildə vermirlər deyə, biz də dəqiq qiymət verə bilmirik ki, azalma bankların xeyrinədir, yoxsa ziyanına. Əgər problemli kreditlər qaytarılmayıbsa, bu, istehlakçıların da ziyanınadır. Çünki kreditlərin çox hissəsi batıbsa, deməli, artıq bankların kredit vermək üçün pulu azdır. Həm də bu o deməkdir ki, bankların gözü qorxub və kredit götürmək əvvəlki kimi asan olmayacaq”.

Kölgə iqtisadiyyatı az olsa…

Bank eksperti qeyd etdi ki, problemli kreditlərdən qaçmaq olmur, onlar istənilən bank sistemində var, amma bizdə daha çoxdur: “Azaltmaq üçün, birincisi, iqtisadiyyat daha şəffaf olmalıdır. Çünki vətəndaşların gəlirinin xeyli hissəsi qeyri-rəsmidir. Bank vətəndaşın maaşına baxır, görür rəsmi əməkhaqqı azdır. Amma vətəndaş deyir ki, qeyri-rəsmi gəliri var. Bank isə həmin gəliri tam dəqiq yoxlaya bilmir. Yəni vətəndaşın əsl gəliri haqqında bankda tam məlumat olmur. Əgər kölgə iqtisadiyyatı az olsa, banklar da borc verdiyi şəxsin maliyyə vəziyyəti haqqında daha məlumatlı olar və bu da problemli kreditlərin artmasının qarşısını alar”.

Bahalaşma problemli kreditləri artırır 

Ə.Həsənovun fikrincə, problemli kreditləri yaradan digər səbəb ölkədəki iqtisadi vəziyyətdir. Qiymət artımı gəlirlərə uyğun deyil. Bu da problemli kreditləri artırır. Qiymət artdıqda vətəndaş maaşını daha çox xərcləyir, artıq krediti ödəyə bilmir. O baxımdan problemli kreditlərin qarşısını almağın ən yaxşı yolu iqtisadi inkişafa nail olmaqdır. Yəni insanların gəlirləri qiymətlərdən daha sürətlə artmalıdır. Amma yaxın dövrdə buna nail olmaq mümkün deyil”.

Ekspert sonda onu da bildirdi ki, qarşıdakı dövrdə problemli kreditlərin artma ehtimalı daha çoxdur: “Bu da bazardakı bahalaşma ilə bağlıdır. İndiki şəraitdə problemli kreditlər yalnız o halda artmayacaq ki, kredit verilməsi azalacaq. Bu yaxınlarda Mərkəzi Bank kreditlərin verilməsi qaydalarında dəyişiklik etdi ki, banklar daha çox istehlak krediti verməsin. Çünki Mərkəzi Bank qorxur ki, banklar daha çox istehlak krediti versələr, insanların maddi vəziyyəti pisləşər və problemli kreditlər artar. Banklar yeni qaydaya riayət etsələr, problemli kreditlər elə də çox artmaz”.

Continue Reading

Previous: Azərbaycan sülhməramlıların yerləşdiyi ərazilərdə monitorinqə BAŞLAYIR
Next: Bəzi ərzaq məhsullarının qiyməti bahalaşdı

Bölmənin digər xəbərləri

Mikayıl Cabbarov: “İnklüziv təhsil ekosistemi iqtisadi model üçün əsas təməldir”
  • Gündəm

Mikayıl Cabbarov: “İnklüziv təhsil ekosistemi iqtisadi model üçün əsas təməldir”

24 Yanvar, 2026
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
  • Gündəm

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

21 Yanvar, 2026
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

17 Yanvar, 2026

Top 7 Xəbər

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 1

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 2

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 3

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026
ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 4

ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib

24 Yanvar, 2026
Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 5

Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb

24 Yanvar, 2026
Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək 6

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək

24 Yanvar, 2026
Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib 7

Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib

24 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8744) Dünya (3145) Gündəm (10933) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (560)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 24 Yanvar, 2026
  • 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 24 Yanvar, 2026
  • Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 24 Yanvar, 2026
  • ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 24 Yanvar, 2026
  • Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 24 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.