Skip to content
14 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 078)
  • Dünya (3. 262)
  • Gündəm (11. 404)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Laçının işğaldan azad edilməsinin ildönümüdür

Laçının işğaldan azad edilməsindən 2 il ötür.  Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan
Cavidan 1 Dekabr, 2022

Laçının işğaldan azad edilməsindən 2 il ötür.

 Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Lakin bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər – 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb.

Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”, – dövlət başçısı bəyan edib.

Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürülüb, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Laçın şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

Continue Reading

Previous: İlham Əliyev və xanımı alimin ölümü ilə bağlı nekroloq imzaladı
Next: “İndi danışmaqla sülhə mane olursunuz!” – Səfirdən Fransaya ETİRAZ

Bölmənin digər xəbərləri

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
  • Cəmiyyət

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib
  • Cəmiyyət

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək
  • Cəmiyyət

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

13 Mart, 2026

Top 7 Xəbər

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 1

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib 2

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026
Azərbaycan neftinin qiyməti 109 dolları keçib 3

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

14 Mart, 2026
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 4

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13 Mart, 2026
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 5

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

13 Mart, 2026
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 6

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib

13 Mart, 2026
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 7

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 078)
  • Dünya (3. 262)
  • Gündəm (11. 404)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9078) Dünya (3262) Gündəm (11404) Kateqoriyasızlar (473) Kriminal (1351) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 14 Mart, 2026
  • Bakıda NATO-nun kursu keçirilib 14 Mart, 2026
  • Azərbaycan neftinin qiyməti 109 dolları keçib 14 Mart, 2026
  • Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 13 Mart, 2026
  • Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.