Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Paşinyanın KTMT-dəki fiaskosu: Ermənistanın başına sərhəddən od ələnə bilər – TƏHLİL
  • Dünya
  • Gündəm

Paşinyanın KTMT-dəki fiaskosu: Ermənistanın başına sərhəddən od ələnə bilər – TƏHLİL

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitinin Nikol Paşinyanın timsalında Ermənistan üçün fiasko ilə nəticələndiyini demək üçün
Cavidan 24 Noyabr, 2022
thumbs_b_c_c3ffd6bbab157739748451f56455625c

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitinin Nikol Paşinyanın timsalında Ermənistan üçün fiasko ilə nəticələndiyini demək üçün əlahiddə bir istedada və analitik qabiliyyətə malik olmaq lazım deyil.

Baş nazir Nikol Paşinyan KTMT-nin Ermənistana yardımla bağlı sənədini imzalamaqdan imtina etməklə elə sammitdəki məğlubiyyətinin məzmununu ortaya qoydu.

Paşinyanın imtina qərarı KTMT-nin Ermənistan-Azərbaycan sərhəd münaqişəsində öz üzvünün qeydinə qalmadığının və onun maraqlarına əhəmiyyət vermədiyinin əyani sübutuna çevrilir.

Ermənistan KTMT Nizamnaməsinin 4-cü maddəsinin aktivləşdirilməsinə həm də ona görə nail ola bilmədi ki, bu təşkilatın daxilində İrəvana qəzəbli baxışlar tuşlanıb.

Çünki Paşinyan KTMT-nin müşahidəçilik missiyasını müharibədən qaçmaqdan ötrü yatırıcı mexanizm kimi deyil, yeni eskalasiya yaratmaq məqsədləri üçün istifadə etməyə çalışır.

Hərçənd ki, KTMT-nin öz üzvləri olan Tacikistan və Qırğızıstan sərhəd münaqişəsindən əziyyət çəkirlər, yəni təşkilat öz daxilindəki problemləri belə, yoluna qoymaq iqtidarında deyil.

İkinci bir məsələ – Rusiya Ukraynada müharibə apardığından o, Azərbaycan-Ermənistan sərhədinə paritet əsaslarla qoşun göndərməkdən yayınır və Kremlin mövqeyinə Belarusun, Qazaxıstanın yanaşması da təsir edir.

Üçüncüsü, Paşinyan KTMT-nin kollegial maraqlarını Qərbin xeyrinə tapdalamaq niyyətlərini dəfələrlə nümayiş etdirib və bu da təşkilatın qeyri-rəsmi ağası Rusiyanın mərhələli qəzəblərini Ermənistana qarşı qalaqlanıb möhkəmlənmiş oxa çevirib.

Ancaq bu o demək deyil ki, Rusiya KTMT-ni postsovet məkanında öz təsir dairəsini qorumaq vasitəsi kimi görmür. Lakin Azərbaycana münasibətdə göstərilən mövqenin dərin strateji kökləri var.

Rusiya Azərbaycanla isti münasibətlərini daha da qızdırmaq istəyir, lakin gizli şəkildə özünün ambisiyalarını da yeritməyə çalışır. Onun qarşısındakı maneələrdən biri Türkiyədir, çünki Moskva Ankaranın Bakı üçün strateji təhlükəsizlik zəmanəti olduğunu dərk etdiyindən Ermənistanı dəstəkləyib, onu Azərbaycana qarşı yönləndirməkdən çəkinir. Çünki Moskva Ankara ilə olan sıx əməkdaşlığına tıxac vuraraq onu Paşinyanın maraqlarına xidmət edən vasitəyə çevirməyin faydasızlığını anlayır.

O da nəzərə alınmalıdır ki, Rusiya başqa mövzularda da KTMT daxilində konsensusa nail olmayıb və bu nail olmama təşkilat daxilində ənənəvi təcrübəyə çevrilib. Ukraynadakı müharibədə də Rusiya KTMT güclərinin resursundan yararlana bilmir.

KTMT yalnız 2022-ci ilin yanvarında Qazaxıstanda iğtişaşlar başlayanda bu ölkəyə qoşun göndərilməsinə nail oldu, hərçənd ki, bunun özünün də KTMT Nizamnaməsi ilə ziddiyyət təşkil edən məqamları az deyildi.

Ermənistan sammit ərəfəsində bir sıra qazanc da əldə etmək ümidinə qapılmışdı və bunu Rusiyanın əli ilə gerçəkləşdirirdi.

Söhbət, əsasən, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində Moskvanın təxribat xarakterli planlarından gedir, hərçənd ki, Moskva bunu İrəvanın xoşbəxtliyi üçün deyil, sırf öz təsir dairəsinin zəifləməməsi üçün edirdi.

İndinin özündə də Kreml Qarabağdakı erməni kartı ilə oynamaq prinsipindən əl çəkməyib, sadəcə, Bakı ilə danışıqlar və Türkiyə ilə xoşməramlı münasibətlər nəticəsində sərt motivlərini yumşaldıb.

Paşinyan sənədi imzalamamaqla Ermənistanın suverenliyinin əldən çıxması prosesindəki məsuliyyətini ört-basdır etmək üçün yaxasını kənara çəkdi. Çünki onsuz da, KTMT-nin qoşun göndərmək fikrində olmadığını bilirdi.

Bu, Paşinyanın Azərbaycanın sərhəddəki gələcək hərbi əməliyyatlarına boyun bükərək “razılıq verməsidir” və indi Bakı-Ankara-Moskva üçlüsü mümkün razılaşma mərhələsindədir.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında da Azərbaycanın antiterror əməliyyatları üçün şərait yetişir.

Çünki Azərbaycan həmin zonada oyuncaq bir təsisat üçün “nazir təyinatları”nı diqqətlə izləyir, müasir hərbi texnikaların daşınması trafikini müşahidə edir və bunun qarşısını almaq üçün ən effektiv vasitə hərbi güc tətbiqidir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Generaldan Bakının tıxac probleminə dair – Tənqidi yazı
Next: Zelenski BMT Təhlükəsizlik Şurasına çağırış etdi: “Ukraynanın “sülh formulu”nu dəstəkləməyin vaxtıdır”

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 173056
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.