Skip to content
18 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 438)
  • Dünya (3. 372)
  • Gündəm (11. 758)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bu il vəfat edən sabiq nazir, icra başçısı və deputatlar – SİYAHI

Azərbaycanda bu il bir neçə sabiq nazir, icra başçısı və deputat dünyasını dəyişib. Siyahısını təqdim edirik: Ötən gün
Cavidan 4 Noyabr, 2022

Azərbaycanda bu il bir neçə sabiq nazir, icra başçısı və deputat dünyasını dəyişib.

Siyahısını təqdim edirik:

Ötən gün Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Sabiq nazir ürək çatışmazlığından vəfat edib. F.Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Bu ilin yanvar ayında Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov uzunsürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. O, 1992-1997-ci illərdə material ehtiyatları naziri işləyib. 1999-2005-ci illərdə “Güvən” şirkətinin baş direktoru vəzifələrində çalışıb. XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Həmçinin yanvar ayında Ağsu rayonunun keçmiş icra başçısı Azər Səfərov 70 yaşında vəfat edib. O, 1993-cü ildən 2002-ci ilə qədər Ağsu Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Cari ilin iyun ayında Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev 81 yaşında vəfat edib. M.Abdullayev 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

İyun ayında Biləsuvar Ağsaqqallar Şurasının sədri, sabiq icra başçısı Əli Babayev dünyasını dəyişib. Ə.Babayev 1994-2002-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Avqust ayında Zərdabın sabiq icra başçısı Tofiq İmanov vəfat edib. O, 77 yaşında infarktdan dünyasını dəyişib. T.İmanov 1996-2005-ci illərdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı olub.

Oktyabrın 31-də Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2006-2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olub. Həmçinin, Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. Məktəb direktoru, kənd sovetinin sədri və icra başçısının müavini işləyib.

Oktyabr ayında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə 70 yaşında onkoloji xəstəlikdən vəfat edib. A.Əlizadə 1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin və V Çağırış Milli Məclisin deputatı olub.

Bu ilin oktyabr ayında daha bir ictimai-siyasi xadim, keçmiş deputat Surxay Tağızadə 90 yaşında vəfat edib. S.Tağızadə 1985-1990-cı illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. O, bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışıb.

Continue Reading

Previous: Prezidentdən Sübhan Bəkirovla bağlı SƏRƏNCAM
Next: Güclü külək olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb
  • Cəmiyyət

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb

16 May, 2026
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
  • Cəmiyyət

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

16 May, 2026
Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq
  • Cəmiyyət

Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq

16 May, 2026

Top 7 Xəbər

Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub 1

Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub

18 May, 2026
WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb 2

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb

16 May, 2026
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var 3

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

16 May, 2026
Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq 4

Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq

16 May, 2026
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb 5

Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

16 May, 2026
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb 6

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

16 May, 2026
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr 7

BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr

16 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 438)
  • Dünya (3. 372)
  • Gündəm (11. 758)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9438) Dünya (3372) Gündəm (11758) Kateqoriyasızlar (496) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub 18 May, 2026
  • WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb 16 May, 2026
  • Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var 16 May, 2026
  • Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq 16 May, 2026
  • Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb 16 May, 2026
© Addim.az | MoreNews by AF themes.