Skip to content
4 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • “Brüssel görüşü Azərbaycan diplomatiyasının və Prezidentinin növbəti qələbəsidir”- RƏY
  • Dünya
  • Gündəm

“Brüssel görüşü Azərbaycan diplomatiyasının və Prezidentinin növbəti qələbəsidir”- RƏY

“Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü
Cavidan 1 Sentyabr, 2022
16619578361139030325_1000x669

“Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü istisnasız olaraq Azərbaycan diplomatiyasının və şəxsən İlham Əliyevin növbəti qələbəsi, hücum siyasəti doktrinasının isə təntənəsi hesab edilməlidir. Məsələnin mahiyyətini anlamaq üçün Şarl Mişelin görüşün yekunlarına dair bəyanatına mütləq konseptual yanaşmalıyıq”.

Bu sözləri “Report”a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Ermənistan açıq şəkildə etiraf etməsə də əvvəlki üç görüş üzrə razılaşmaların icrasında maraqlı olmayıb:

“Bu mənada ötən gün yeni təmaslarda İrəvanın sülh müqaviləsinin mətni üzərində iş aparmaq üçün işçi qrupun formalaşdırılması barədə razılıq verməsi proseslərin gedişatında mühüm bir səddin keçilməsi anlamına gəlir. Beləliklə, davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan Ermənistan nəhayət bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürüb. Bu, o deməkdir ki, Prezident İlham Əliyev necə ki, Vətən müharibəsində, Fərrux və Qisas əməliyyatlarında hərbi məcburetmə tədbirləri ilə Ermənistanı məlum gedişata məcbur etdi, ötəngünkü görüşlə də Azərbaycan lideri diplomatik məcburetmə tədbiri ilə Ermənistanı sülh sazişi üzrə işçi qrupun yaradılması barədə öhdəlik götürməyə məcbur etdi”.

B.Məhərrəmov deyib ki, dördüncü Brüssel görüşünün diqqət çəkən digər vacib məqamlarından biri Qarabağ mövzusunun gündəmə gəlməməsidir:

“Xatırlayırsınızsa, avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də İlham Əliyev qəti olaraq bildirmişdi: “Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Ermənistanın buna nə dəxli var? Bu, bizim daxili işimizdir”. Bu bəyanatdan sonra praktik təmaslarda görüş mövzusunun Azərbaycan Prezidentinin beynəlxalq hüquqa əsaslanan iradəsi əsasında davam etməsi, yəni Azərbaycanın ümumtanınmış ərazisi olan Qarabağın müzakirə mövzusu olmaması ədalətli yanaşma ehtiva etməklə bərabər özlüyündə Bakının mühüm qələbəsidir. Habelə, Brüssel görüşündə ümumiyyətlə ATƏT-in Minsk qrupu institutunun adının çəkilməməsi, bununla da həmsədrlər institutuna, hətta mümkün perspektivdə belə şans verilməməsi ömrünü başa vurmuş bu təsisatın dirçəldilməsi istiqamətində uğursuz səylərə də tutarlı və praktik cavab oldu”.

“Brüssel prosesi ilə bağlı yekun qənaətimiz bunu deməyə əsas verir ki, proseslər Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü beş prinsip daxilində, milli maraqlarımız tam şəkildə təmin olunmaqla inkişaf etməkdədir. Eyni zamanda Avropa İttifaqı və şəxsən Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar”, – deputat vurğulayıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İtaliya rusiyalı oliqarxın 11 villasına həbs qoydu
Next: Qərbi azərbaycanlılar siyahıya alınacaqlar – Arxiv yaradılır

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026
6a3cb1706cada6a v
  • Dünya

Neftin qiyməti 72 dolları ötüb

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.