Skip to content
7 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 390)
  • Dünya (3. 353)
  • Gündəm (11. 726)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

İlham Əliyev Zelenskiyə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Ukraynanın milli
Cavidan 24 Avqust, 2022

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dövlətlərarası əlaqələrimizi və əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Diplomatik münasibətlərimizin qurulduğu ötən otuz illik dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın dinamik və ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.

Cari ilin yanvarında Ukraynaya etdiyim işgüzar səfəri, Sizinlə görüşümüzü və apardığımız danışıqları xoş təəssüratlarla xatırlayır, bu səfəri ölkələrimiz arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli hesab edirəm.

Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik.

Əminəm ki, Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm”.

Continue Reading

Previous: Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlir
Next: İlham Əliyev və Tokayevin təkbətək görüşü olub

Bölmənin digər xəbərləri

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
  • Gündəm

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

4 May, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Gündəm

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL
  • Gündəm

“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

28 Aprel, 2026

Top 7 Xəbər

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib 1

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

7 May, 2026
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək 2

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

7 May, 2026
Balakən kanat yolunun inşasına başlanılıb 3

Balakən kanat yolunun inşasına başlanılıb

7 May, 2026
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb 4

Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb

7 May, 2026
Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq 5

Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq

7 May, 2026
UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir 6

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

7 May, 2026
Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər 7

Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər

7 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 390)
  • Dünya (3. 353)
  • Gündəm (11. 726)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9390) Dünya (3353) Gündəm (11726) Kateqoriyasızlar (491) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib 7 May, 2026
  • Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək 7 May, 2026
  • Balakən kanat yolunun inşasına başlanılıb 7 May, 2026
  • Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb 7 May, 2026
  • Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq 7 May, 2026
© Addim.az | MoreNews by AF themes.