Yeni doğulmuş uşaq Bərdə rayon mərkəzi xəstəxanasında ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 20-də Ağcabədi rayon sakini 1997-ci il təvəllüdlü ananın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-nin Bərdə doğum evində qeysəriyyə əməliyyatı ilə doğulmuş uşağının həmin gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.