Skip to content
13 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 498)
  • Dünya (3. 054)
  • Gündəm (10. 617)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Mədə-bağırsaq xəstəliklərinin yaranma SƏBƏBLƏRİ

“Mədə-bağırsaq xəstəliklərinin yaranma səbəbi əsasən düzgün qidalanmama, əsəb gərginliyi, ekoloji vəziyyət və s. ilə əlaqəli olur. Son zamanlar
Cavidan 22 Avqust, 2022

“Mədə-bağırsaq xəstəliklərinin yaranma səbəbi əsasən düzgün qidalanmama, əsəb gərginliyi, ekoloji vəziyyət və s. ilə əlaqəli olur. Son zamanlar iltihabi bağırsaq xəstəlikləri arasında xoralı kolit və kron xəstəlikləri geniş yayılıb”.

Bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qastroenteroloqu Fərahim Məmmədzadə deyib.

Onun sözlərinə görə, xoralı kolit və kron – mədə-bağırsaq traktının ciddi orqanik xəstəlikləri olub, bağırsağın selikli qişasında iltihab yaradır: “İnsanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salan bu xəstəliklərə ən çox inkişaf etmiş ölkələrdə rast gəlinir. Bu xəstəliklərin yaranma səbəbi barədə isə konkret fikir söyləmək mümkün deyil. Xoralı kolit xəstəliyi yalnız yoğun bağırsağı zədələdiyi halda, kron xəstəliyi mədə-bağırsaq traktının istənilən şöbəsini, daha çox isə nazik və yoğun bağırsaqları zədələyir. Odur ki, mədə və bağırsağında narahatlıq hiss edən hər kəs dərhal həkimə müraciət etməlidir. Unutmaq olmaz ki, vaxtında aşkar edilən hər hansı xəstəliyi müalicə etmək daha asan və daha tez başa gəlir”.

O qeyd edib ki, mədə-bağırsaq patologiyasının aşkarlanması üçün endoskopik müayinələrin tətbiqi dünyada qızıl standart kimi qəbul olunub: “Əsasən qastroskopiya və kolonoskopiya müayinə üsullarından geniş istifadə edirik. Məlum olduğu kimi, qastroskopiya ilə həzm sisteminin üst hissəsini – qida borusunu, mədəni, oniki barmaq bağırsağını müayinə etmək mümkündür. Bu üsul vasitəsilə qarın ağrısını, mədə-bağırsaqda qanaxma şübhəsini, anemiyanı, iltihabı, həzm sistemi xərçəngini və başqa simptomları aşkar etmək olur. Xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün qastroskopiya müayinəsi zamanı şübhəli bilnən yerlərdən biopsi götürülür”.

O, qastroskopiya müayinəsinin yaşından asılı olmayaraq hər kəsə tətbiq edildiyinə diqqət çəkib: “Amma bəzi xəstəlikləri olanlara məsləhət görülmədiyini bildirdi. Belə xəstələr sırasında ağır ürək xəstəlikləri olanları, insult keçirmiş şəxslər aiddir. Belə xəstələrin qastroskopik müayinəsi yalnız həkim göstərişindən sonra ola bilər”.

F.Məmmədzadə kolonoskopiya müayinə üsulundan da danışıb: “Kolonoskopiya yoğun bağırsaq xəstəliklərini müayinə etmək üçün bir üsuldur. Prosedur mikrokameralı fibrokolonoskopun köməyilə aparılır. Kolonoskopiya zamanı zond anusdan daxil edilir və fibrokolonoskopun kamerası ilə çəkilən təsvir monitorda göstərilir. Bu müayinə vasitəsi ilə gizli qanaxmanı, iltihab, şiş və digər patologiyaları müəyyən etmək olur. Pasiyentlərin endoskopik müayinələrdən çəkinməsi ilə bağlı məsələyə gəlincə, istər qastroskopiya, istərsə də kolonoskopiya qorxulu deyil. Müayinələr zamanı pasiyentlər ağrı hiss etməsin deyə, onlara heç bir əlavə təsiri olmayan yuxugətirici dərmanlar vurulur. Qastroskopiya müayinəsi təxminən 5, kolonoskopiya müayinəsi isə patologiyadan asılı olaraq 15-30 dəqiqə çəkir”.

Continue Reading

Previous: Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb
Next: “Kim istəyər ki, arvad-uşağının yanında şortiklə gəzsinlər?!” – İsmayıllıda gərginlik (VİDEO)

Bölmənin digər xəbərləri

Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub
  • Cəmiyyət

Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub

13 Dekabr, 2025
Rusiyada bir neçə vaqon relsdən çıxıb
  • Dünya

Rusiyada bir neçə vaqon relsdən çıxıb

13 Dekabr, 2025
Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb
  • Cəmiyyət

Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb

13 Dekabr, 2025

Top 7 Xəbər

Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub 1

Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub

13 Dekabr, 2025
Rusiyada bir neçə vaqon relsdən çıxıb 2

Rusiyada bir neçə vaqon relsdən çıxıb

13 Dekabr, 2025
Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb 3

Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb

13 Dekabr, 2025
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil 4

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil

13 Dekabr, 2025
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib 5

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

13 Dekabr, 2025
Təmir etdiyi maşının altında qalaraq öldü 6

Təmir etdiyi maşının altında qalaraq öldü

13 Dekabr, 2025
Tayland–Kamboca sərhədində döyüşlər yenidən qızışıb 7

Tayland–Kamboca sərhədində döyüşlər yenidən qızışıb

13 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 498)
  • Dünya (3. 054)
  • Gündəm (10. 617)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8498) Dünya (3054) Gündəm (10617) Kateqoriyasızlar (437) Kriminal (1295) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub 13 Dekabr, 2025
  • Rusiyada bir neçə vaqon relsdən çıxıb 13 Dekabr, 2025
  • Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb 13 Dekabr, 2025
  • Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil 13 Dekabr, 2025
  • Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib 13 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.