Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

Əhali kasıblayır: Çıxış yolu maaş və pensiya artımıdır, ancaq… – NƏ ETMƏLİ?

Azərbaycanda 12 aylıq inflyasiya 20,3%, əhalisinin gəlirlərinin artım tempi isə 20% təşkil edib. Bununla da inflyasiya əhalinin artan
Cavidan 15 Avqust, 2022

Azərbaycanda 12 aylıq inflyasiya 20,3%, əhalisinin gəlirlərinin artım tempi isə 20% təşkil edib.

Bununla da inflyasiya əhalinin artan gəlirlərini tamamilə silib.

Belə ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatının ilkin məlumatlara görə, 2022-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20% artaraq 38 milyard 797,2 milyon manata çatıb.

Həmçinin, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətlərindəki inflyasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faiz, qeyri-ərzaq malları üzrə 7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,1 faiz artıb.

Cari ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 20,3 faiz artıb.

Göründüyü kimi, əhali artan inflyasiya qarşısında çətin vəziyyətlə üzləşir. Bunun qarşısını alınmaq üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, hazırda inflyasiya yüksəkdir:

“İnflyasiya əhalinin gəlirlərinin artımını yeyir. Gəliri və maaşı artmayan bir çox özəl sektor şirkətlərinin işçiləri daha da kasıblaşırlar. Amma hər şeyi dövlətdən gözləmək də bir qədər çətindir. Çünki bazar iqtisadiyyatıdır və iqtisadiyyatın böyük hissəsi də özəl sektordur. Özəl sektorun da qiymətləri artırması elə inflyasiyanın artmasına səbəb olur. Amma özəl sektor da material qiymətləri həddindən artıq bahalaşdığı üçün çətin vəziyyətdədir. Pandemiya və Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərdən dünya əhalisi əziyyət çəkir. Həmçinin, bunlara görə Azərbaycan əhalisi də kasıblaşır. Yəni kim inflyasiyadan sonra gəlirlərini artıra bilməyibsə əziyyət çəkir”.

Ekspert bildirib ki, hökumət daha çox əhalinin aztəminatlı təbəqəsinə dəstək verməlidir:

“Əhalinin gəlirlli az olan, sosial cəhətdən həssas təbəqəsi diqqət mərkəzində olmalıdır. Az əməkhaqqı alanların və təqaüdçülərin inflyasiyadan daha çox əziyyət çəkməməsi üçün minimum əməkhaqqın və minumum pensiya həddinə yenidən baxılmalıdır. Yəni bu məsələlərə diqqət olunmalıdır. Amma ümumi olaraq hökumətin inflyasiyanı dayandırması qeyri-mümkündür. Mənbə olmadan sadəcə neft pulu hesabına da əhalinin əməkhaqlarının artması dayanıqlı deyil. Bu da gələcəkdə ölkə üçün çətin vəziyyət yarada bilər. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunduğu üçün dünyada yaranan çətinlikləri dərhal hiss edir”.

Continue Reading

Previous: Dünya bazarında neft qiymətləri necə dəyişib?
Next: Neft ucuzlaşdı

Bölmənin digər xəbərləri

Mikayıl Cabbarov: “İnklüziv təhsil ekosistemi iqtisadi model üçün əsas təməldir”
  • Gündəm

Mikayıl Cabbarov: “İnklüziv təhsil ekosistemi iqtisadi model üçün əsas təməldir”

24 Yanvar, 2026
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
  • Gündəm

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

21 Yanvar, 2026
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

17 Yanvar, 2026

Top 7 Xəbər

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 1

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 2

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 3

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026
ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 4

ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib

24 Yanvar, 2026
Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 5

Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb

24 Yanvar, 2026
Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək 6

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək

24 Yanvar, 2026
Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib 7

Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib

24 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8744) Dünya (3145) Gündəm (10933) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (560)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 24 Yanvar, 2026
  • 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 24 Yanvar, 2026
  • Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 24 Yanvar, 2026
  • ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 24 Yanvar, 2026
  • Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 24 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.