Skip to content
4 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • “Cross”: “Qisas” Ermənistanın təxribatına cavab oldu
  • Dünya
  • Gündəm

“Cross”: “Qisas” Ermənistanın təxribatına cavab oldu

Bolqarıstanın tanınmış xəbər agentliyi “Cross” Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından bəhs edib. Addim.az Report-a istinadən xəbər verir ki,
Cavidan 12 Avqust, 2022
ordumuz-bayraq

Bolqarıstanın tanınmış xəbər agentliyi “Cross” Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından bəhs edib.

Addim.az Report-a istinadən xəbər verir ki, agentlik avqustun əvvəlində Azərbaycanın Qarabağ bölgəsində Ermənistanla yenidən qısa, lakin qanlı toqquşmalar baş verdiyini vurğulayıb: “Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, ordu ölkənin Laçın rayonu ərazisində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi yüksəkliyi qanunsuz erməni birləşmələrinin ələ keçirmək cəhdinin qarşısını alıb. Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində Azərbaycanın bir hərbçisi həlak olub. Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı Ermənistanın qanunsuz silahlı birləşmələrinin ölkə ərazisində artan hərbi təxribatlarına və atəşkəs rejimini pozmasına cavab oldu”.

“Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, respublika ərazisində baş verən insidentə görə bütün məsuliyyət hələ də öz qanunsuz silahlı birləşmələrini qonşu ölkənin ərazilərindən çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan qəti şəkildə bildirib ki, Ermənistanın bu təxribatları Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli sazişlərin, habelə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların kobud şəkildə pozulmasıdır”, – agentlik qeyd edib.

“Cross” vurğulayıb ki, həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla telefonla bu hadisələri müzakirə edib: “Xarici işlər naziri Azərbaycan silahlı qüvvələrinin erməni təxribatlarına cavab olaraq həyata keçirdiyi əməliyyatın ölkənin suveren ərazilərində baş verdiyini vurğulayaraq əlavə edib ki, regionda gərginliyin əsas səbəbi Ermənistan tərəfinin geri çəkilmək istəməməsidir”.

Azərbaycan və Ermənistan Aİ-nin qonşu dövlətləridir və “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində onunla tərəfdaşlıq münasibətləri saxlayırlar.

“Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Diversifikasiya məqsədilə Azərbaycandan Avropaya, eləcə də Bolqarıstana ilk kommersiya qazı tədarükü 2020-ci il dekabrın 31-də həyata keçirilib”, – agentlik sonda əlavə edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Neftçi” avrokuboklarla vidalaşıb
Next: Bəzi rayonlarda un qıtlığı yarandı – VİDEO

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 173056
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 688)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub Screenshot_20260703_155046_com_android_chrome_ChromeTabbedActivity 1
  • İdman

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub

3 İyul, 2026
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity 2
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

3 İyul, 2026
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq Screenshot_20260703_135432_com_android_chrome_ChromeTabbedActivity 3
  • Cəmiyyət

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

3 İyul, 2026
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 4
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 5
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9688) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.