Skip to content
27 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar
Cavidan 5 Oktyabr, 2021

Oktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib.

Dövlət başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.

“Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

***

04.10.2021

14:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Dövlətimizin başçısı 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışında iştirak edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident “Cəbrayıl” yarımstansiyasının açılışında – YENİLƏNİB (FOTOLAR)
Next: Zakir Həsənov Hülusi Akarla ilə görüşdü

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-27 095709
  • Kateqoriyasızlar

33 yaşlı kişi Qarabağ kanalında batıb

Cavidan 27 İyul, 2026
Screenshot 2026-07-23 155204
  • Kateqoriyasızlar

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Cavidan 23 İyul, 2026
Screenshot 2026-07-15 155622
  • Kateqoriyasızlar

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 794)
  • Dünya (3. 468)
  • Gündəm (11. 972)
  • İdman (678)
  • İqtisadiyyat (608)
  • Kateqoriyasızlar (526)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub Screenshot 2026-07-27 114418 1
  • Dünya

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

27 İyul, 2026
Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-27 111045 2
  • Cəmiyyət

Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək

27 İyul, 2026
Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır Screenshot 2026-07-27 103112 3
  • Cəmiyyət

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

27 İyul, 2026
33 yaşlı kişi Qarabağ kanalında batıb Screenshot 2026-07-27 095709 4
  • Kateqoriyasızlar

33 yaşlı kişi Qarabağ kanalında batıb

27 İyul, 2026
KİV: “Kheibar Shekan” İranın raket arsenalında əsas silahlardan birinə çevrilib Screenshot 2026-07-27 093318 5
  • Dünya

KİV: “Kheibar Shekan” İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

27 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9794) Dünya (3468) Gündəm (11972) Kateqoriyasızlar (526) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (678) İqtisadiyyat (608)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.