Skip to content
21 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 722)
  • Dünya (3. 131)
  • Gündəm (10. 894)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Dövlətə xəyanət edən şəxs ifşa olunaraq həbs edildi

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının
Cavidan 2 Oktyabr, 2021

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə,

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınmışdır.

İstintaq zamanı məlum olmuşdur ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürmüş, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək etmişdir.

Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilmişdir.

Hazırda qeyd olunan cinayət əməllərinə dair cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Continue Reading

Previous: İlham Əliyev Dövlət Agentliyinə 4,9 milyon manat ayırdı
Next: “Status yoxdur və hər kəs bu məsələni unutmalıdır” – Prezident

Bölmənin digər xəbərləri

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL
  • Gündəm

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL

21 Yanvar, 2026
Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir
  • Gündəm

Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir

20 Yanvar, 2026
Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək
  • Gündəm

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək

12 Yanvar, 2026

Top 7 Xəbər

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib 1

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib

21 Yanvar, 2026
ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib 2

ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib

21 Yanvar, 2026
Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL 3

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL

21 Yanvar, 2026
Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib 4

Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib

21 Yanvar, 2026
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər 5

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21 Yanvar, 2026
Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq 6

Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq

21 Yanvar, 2026
Sabah hava yağmursuz olacaq – PROQNOZ 7

Sabah hava yağmursuz olacaq – PROQNOZ

21 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 722)
  • Dünya (3. 131)
  • Gündəm (10. 894)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8722) Dünya (3131) Gündəm (10894) Kateqoriyasızlar (452) Kriminal (1315) Mədəniyyət (328) Siyasət (2925) Texnologiya (14) İdman (607) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib 21 Yanvar, 2026
  • ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib 21 Yanvar, 2026
  • Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL 21 Yanvar, 2026
  • Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib 21 Yanvar, 2026
  • Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər 21 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.