Skip to content
29 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • “Status yoxdur və hər kəs bu məsələni unutmalıdır” – Prezident
  • Siyasət

“Status yoxdur və hər kəs bu məsələni unutmalıdır” – Prezident

“Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik”. Bunu Prezident İlham
Cavidan 2 Oktyabr, 2021
1633162578.615814dc2c96a615814dc2c96b1633162460615814dc2c968615814dc2c969

“Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik”.

Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində “Lakin Ermənistan üçün hələ Dağlıq Qarabağın statusu məsələsi var və keçmişdə Siz onlara qismən muxtariyyət kimi imkanlar təklif etmişdiniz. Bu, hələ də qüvvədədirmi, yoxsa artıq müzakirə predmeti deyil?” sualına cavabında bildirib.

Dövlət başçısı deyib ki, əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir: “Bizim mövqeyimizə gəldikdə, mən bunu dəfələrlə bildirmişəm. Demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. Biz deyirdik ki, – Minsk qrupunun həmsədrləri bunu çox yaxşı bilirlər, – Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladım. Biz iki iqtisadi zona – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bəzi yerlərdə leysan yağıb, Talaçaydan sel keçir – FAKTİKİ HAVA
Next: Prezident İspaniya agentliyinə müsahibə verdi – TAM MƏTN

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-28 144420
  • Siyasət

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Cavidan 28 İyul, 2026
Screenshot 2026-07-15 152001
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-14 145229
  • Siyasət

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 807)
  • Dünya (3. 469)
  • Gündəm (11. 975)
  • İdman (679)
  • İqtisadiyyat (609)
  • Kateqoriyasızlar (528)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 019)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib Screenshot 2026-07-28 150918 1
  • Cəmiyyət

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

28 İyul, 2026
Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub Screenshot 2026-07-28 144420 2
  • Siyasət

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

28 İyul, 2026
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib Screenshot 2026-07-28 141551 3
  • Cəmiyyət

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

28 İyul, 2026
Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub Screenshot 2026-07-28 140209 4
  • Kateqoriyasızlar

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

28 İyul, 2026
XİN Perunu Milli Günü münasibətilə təbrik edib Screenshot 2026-07-28 121257 5
  • Gündəm

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

28 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9807) Dünya (3469) Gündəm (11975) Kateqoriyasızlar (528) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3019) Texnologiya (15) İdman (679) İqtisadiyyat (609)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.