Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 747)
  • Dünya (3. 145)
  • Gündəm (10. 936)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Təhsilhaqqı YÜKSƏK… təhsil səviyyəsi AŞAĞI… – FAKT BUDUR!

Cavidan 21 İyun, 2022

Azərbaycanda təhsil haqlarının həddindən artıq yüksək olması hər il xoşagəlməz hallara səbəb olur. Əhalinin gəlirləri ilə müqayisədə qat-qat baha olan bu qiymətlər yüzlərlə tələbəni qəbul olunduğu ixtisaslar üzrə təhsil almaq hüququndan məhrum edir. Yüksək təhsil haqqı tələbələrin sevincini qursağında qoysa da, ali məktəb rəhbərliyi zərrə qədər də təəssüf hissi keçirmir. Təhsil ocaqlarına kommerisya obyekti kimi baxan rektorlar öz gəlirlərini artırmaq üçün ildən-ilə qiymətləri daha da artırır. Ənənəyə uyğun olaraq bu il Azərbaycanda ali məktəblərdə bəzi ixtisaslara qəbul üzrə təhsil haqlarında artım müşahidə edilir.

Məhz bu səbəbdən də təhsil eksperti Elçin Əfəndi ali təhsil müəssisələrində ödənişli təhsilə görə müəyyən edilmiş məbləğin mümkün qədər aşağı salınmasını təklif edir.

Azərbaycanda illik təhsil haqlarının region ölkələrə baxanda olduqca çox olduğunu vurğulayan E.Əfəndinin “Şərq”ə açıqlamasına görə, cari ildə də bəzi universitetlərin illik təhsil haqlarında əsassız artımlar müşahidə olunur: “Hər hansı bir Universitetin turizm işinin təşkili ixtisasının illik təhsil haqqı Maliyyə ixtisasının təhsil haqqından daha çoxdur. Burada məqsəd az bal toplayan abituriyentləri “tor”a salmaqdır. Baxın, bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha bahadır. Niyə? Çünki universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan, “təki qəbul olum” prinsipilə məhz həmin ixtisasları yazacaqlar. Nəticədə universitet qazanacaq. Halbuki, ödənilən təhsil haqqı, təhsilin keyfiyyətindən yüksəkdir. Aldığımız təhsil haqqı ilə keyfiyyət verə bilmirik. Tələbənin ödədiyi illik təhsil haqqı ilə ona keçilən dərsin keyfiyyəti arasında böyük bir ziddiyyət var.

Bir neçə universiteti çıxmaqla Azərbaycanda fəaliyyət göstərən heç bir ali təhsil ocağının “kampus”ları yoxdur, yataqxanalar bərbad vəziyyətdədir, laboratoriyalarında iş aparılmır.

Müasir təhsil standartları və innovasiyalara cavab verən təhsil bazaları da yoxdur. Əgər tələbələri bununla təmin etmiriksə, bu qədər yüksək təhsilhaqqı tələbi də səhvdir”.

Ekspertin sözlərinə görə, universitetlərdə təhsil haqlarının yüksək olması elə vəziyyət yaradır ki, abituriyentlər xarici təhsil müəssisələrinə müraciət edir.

Continue Reading

Previous: “Şikəst” sözü qanunvericilikdən çıxarılır
Next: Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu

Bölmənin digər xəbərləri

Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ
  • Cəmiyyət

Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ

26 Yanvar, 2026
Kredit faizləri artır – VİDEO
  • Cəmiyyət

Kredit faizləri artır – VİDEO

26 Yanvar, 2026
Magistraturaya sənəd qəbulu başa çatır
  • Cəmiyyət

Magistraturaya sənəd qəbulu başa çatır

26 Yanvar, 2026

Top 7 Xəbər

Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ 1

Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ

26 Yanvar, 2026
Kredit faizləri artır – VİDEO 2

Kredit faizləri artır – VİDEO

26 Yanvar, 2026
Magistraturaya sənəd qəbulu başa çatır 3

Magistraturaya sənəd qəbulu başa çatır

26 Yanvar, 2026
Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 4

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 5

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 6

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026
ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 7

ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib

24 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 747)
  • Dünya (3. 145)
  • Gündəm (10. 936)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8747) Dünya (3145) Gündəm (10936) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (560)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ 26 Yanvar, 2026
  • Kredit faizləri artır – VİDEO 26 Yanvar, 2026
  • Magistraturaya sənəd qəbulu başa çatır 26 Yanvar, 2026
  • Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 24 Yanvar, 2026
  • 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 24 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.