Skip to content
7 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 392)
  • Dünya (3. 354)
  • Gündəm (11. 726)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Nazirlik Prezidentin son Fərmanı ilə bağlı MƏLUMAT YAYDI

Prezident İlham Əliyevin 18 iyun 2022-ci il tarixli Fərmanı dövlət icbari şəxsi sığorta sahəsində sığortaolunanların (hərbçilər, hüquq-mühafizə orqanlarının
Cavidan 20 İyun, 2022

Prezident İlham Əliyevin 18 iyun 2022-ci il tarixli Fərmanı dövlət icbari şəxsi sığorta sahəsində sığortaolunanların (hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və b.) rifahının yaxşılaşdırılması və daha etibarlı sosial müdafiəsinin təmin olunmasına xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, dövlət başçısının ötən ilin may ayında imzaladığı Fərmanla dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Həmin vaxta qədər dövlət icbari şəxsi sığorta üzrə sığorta hadisələrinə görə ödənişin verilməsi isə Dövlət Sığorta Kommersiya Şirkətinin öhdəliyi kimi müəyyən olunmuşdu. Yeni Fərmanla bu sahədə dəyişiklik edilib.

Belə ki, Fərmanla dövlət icbari şəxsi sığorta olunanla bağlı sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dək olan dövrə aid olduqda sığorta ödənişini Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirəcək.

Sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi 2021-ci ilin 1 yanvarından sonraya aid olduqda isə sığorta ödənişini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu verəcək.

Bu da dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində növbəti mühüm addım olmaqla, sığortaolunanların maraqlarının dolğun təminatına, vətəndaş məmnunluğuna nail olunmasına imkan yaradır.

Dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər bu ilin əvvəlindən Nazirliyə həvalə edildikdən sonra bu sahədə köklü islahatlar aparılır. İslahatlar həmin sahədə müasir, optimal və çevik idarəçiliyin, uçot sisteminin qurulması, inzibatçılığın təkmilləşdirilməsi, idarəçilik və xidmətlərin elektron infrastrukturunun yaradılması, sığorta ödənişlərinin e-qaydada, şəffaf və operativ təyinatı mexanizminin formalaşdırılması və s. kimi istiqamətləri əhatə edir.

Eyni zamanda, sığorta ehtiyatlarının effektiv idarə olunması və bu istiqamətdən əldə olunan gəlirlərin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinə yönəldilməsi islahatların prioritetlərindən biridir.

Continue Reading

Previous: Azərbaycan dili üzrə imtahanın nəticələri elan olundu
Next: “Şikəst” sözü qanunvericilikdən çıxarılır

Bölmənin digər xəbərləri

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub
  • Cəmiyyət

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

7 May, 2026
Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib
  • Cəmiyyət

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

7 May, 2026
Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib
  • Cəmiyyət

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

7 May, 2026

Top 7 Xəbər

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub 1

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

7 May, 2026
Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 2

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

7 May, 2026
Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 3

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

7 May, 2026
Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb 4

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

7 May, 2026
Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib 5

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

7 May, 2026
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək 6

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

7 May, 2026
Balakən kanat yolunun inşasına başlanılıb 7

Balakən kanat yolunun inşasına başlanılıb

7 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 392)
  • Dünya (3. 354)
  • Gündəm (11. 726)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9392) Dünya (3354) Gündəm (11726) Kateqoriyasızlar (492) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub 7 May, 2026
  • Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 7 May, 2026
  • Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 7 May, 2026
  • Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb 7 May, 2026
  • Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib 7 May, 2026
© Addim.az | MoreNews by AF themes.