Skip to content
4 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Türkiyə ilə Yunanıstan arasında hərbi münaqişə riski: Bakı-Ankara müştərək gücü işə düşə bilər – TƏHLİL

İki NATO üzvü – Türkiyə ilə Yunanıstan arasında hərbi eskalasiya riski qapını döyür, regionda yeni münaqişənin yaranmaması üçün
Cavidan 10 İyun, 2022

Cumhurbaşkanı Recep Tayyip Erdoğan, Seferihisar'da gerçekleştirilen Efes-2022 Tatbikatı Seçkin Gözlemci Günü'ne katıldı. ( Mustafa Kamacı - Anadolu Ajansı )

[center][img]http://azadmedia.az/uploads/posts/2022-06/1654847857_haziran2022_erd7-1.jpg[/img][/center]

İki NATO üzvü – Türkiyə ilə Yunanıstan arasında hərbi eskalasiya riski qapını döyür, regionda yeni münaqişənin yaranmaması üçün beynəlxalq səylər həmin qapının açılmamasına yönəlməlidir.

Türkiyə-Yunanıstan qarşıdurmasını alovlandıran amillər bunlardır:

  • Yunanıstan Egey dənizindəki adaları silahlandırır,
  • Türkiyə bunu Lozanna və Paris müqavilələrinə zidd hesab edir. Bununla da, həmin adalara suverenlik iddiaları irəli sürür,
  • Şərqi Aralıq dənizindəki enerji resursları uğrunda mübarizə,
  • Yunanıstan Qərbi Trakiya, Rodos və Kosda yaşayan türk azlığına təzyiqlərini davam etdirir.

Qərb Türkiyədə prezident seçkisi öncəsi özünün süni şəkildə yaratdığı küləkləri əsdirmək istəyir, simpatiyasını Yunanıstana istiqamətləndirir, Ankara isə suveren hüquqlarının, ərazi bütövlüyünün qorunması üçün ordusunun gücünü artırır və qarışıq situasiyalarda diktəsini həmin ordunun gücü hesabına yeridir.

Türkiyə ilə Yunanıstan ordusunun müqayisəsini aparsaq, demək olar ki, birincinin bütün komponentlər üzrə rəqibini əhəmiyyətli dərəcədə üstələdiyini görürük. Siyasi konflikt hərbi münaqişəyə çevriləcəyi təqdirdə Yunanıstan Türkiyə qarşısında duruş gətirə bilməyəcək, Qərb isə ən yaxşı halda Yunanıstana silah tədarükü edə bilər.

Ancaq bunu strateji beyinlərin düşünən yarımkürəsinə yerləşdirmək lazımdır ki, Türkiyə ərazilərinə hər hansı qəsd cəhdi elə də asan deyil, Türkiyə ordusunun döyüş gücü, şəxsi heyətin psixoloji vəziyyəti elə həddədir ki, Ankara öz rəqiblərinə Çanaqqaladan sonra ikinci dərs verər.

Egey adalarının çoxu Türkiyə sahillərinə yaxındır və Yunanıstan həmin yerlərdə silahsız mövcudluğunu şərtləndirən müqavilələri pozaraq hərbi varlıq qurur. Hərçənd ki, həmin adalar Yunanıstana silahsızlaşdırılmaq şərti ilə verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimində çıxış edərkən Yunanıstana xəbərdarlıq edib. Deyib ki, rəsmi Afina Egey dənizindəki adaları silahlandırmaqdan çəkinməlidir.

Həmin adalardan üçüncü tərəflər də yararlanmaq niyyətindədir, bu isə Türkiyəyə yeni təzyiq metodudur, Ankara əldə etdiyi kəşfiyyat məlumatları ilə həmin basqıların nəyi hədəflədiyini gözəl bilir.

Bəli, Türkiyə hədəfdədir, amma Ərdoğan üçüncü tərəflərə də müraciətlə qarışıq xəbərdarlıq ünvanlayıb ki, onlar adalar məsələsinin “barıt”ını çox etsələr, bu, fəlakətlə nəticələnəcək.

Mövzunu bir az da inkişaf etdirsək, Yunanıstan amilini Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda da dəyərləndirmək ehtiyacı yaranır.

Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan və Türkiyənin ikisindən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə tərəflər birgə məsləhətləşmələr aparacaq.

Bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

Yəni, Türkiyə ilə Yunanıstan arasında müharibə başlasa, zəruri olarsa, Azərbaycan da Türkiyənin yardımına çatacaq.

Continue Reading

Previous: Alimlərin baş tutmayan Şuşa səfəri ilə bağlı – AMEA-dan açıqlama
Next: Təhsil Nazirliyində qanun pozuntusu AŞKARLANDI

Bölmənin digər xəbərləri

Sabah hava yağmursuz keçəcək – PROQNOZ
  • Cəmiyyət

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb
  • Cəmiyyət

Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb

2 May, 2026
Xəzərdə zəlzələ olub
  • Cəmiyyət

Xəzərdə zəlzələ olub

2 May, 2026

Top 7 Xəbər

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 1

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026
Cevdet Yılmaz Ermənistana səfər edəcək 2

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 3

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

2 May, 2026
Sabah hava yağmursuz keçəcək – PROQNOZ 4

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 5

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb 6

Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb

2 May, 2026
Xəzərdə zəlzələ olub 7

Xəzərdə zəlzələ olub

2 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9361) Dünya (3348) Gündəm (11703) Kateqoriyasızlar (485) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 2 May, 2026
  • Cevdet Yılmaz Ermənistana səfər edəcək 2 May, 2026
  • Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 2 May, 2026
  • Sabah hava yağmursuz keçəcək – PROQNOZ 2 May, 2026
  • Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 2 May, 2026
© Addim.az | MoreNews by AF themes.