Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • “Direktor müavini dedi ki, uşaqlar həmin narkotiki məktəbdə çəkirlər”
  • Gündəm
  • Kriminal

“Direktor müavini dedi ki, uşaqlar həmin narkotiki məktəbdə çəkirlər”

Bakı Ağır Cinayətlər Məhkəməsində bağ evinin həyətində narkotik bitkiləri əkib becərən şəxsə hökm oxunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata
Cavidan 10 İyun, 2022
hh (1)

Bakı Ağır Cinayətlər Məhkəməsində bağ evinin həyətində narkotik bitkiləri əkib becərən şəxsə hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Nizami Ağayev Fatmayıdakı bağ sahəsində xüsusi üsullarla çətənə kolları becərdiyi üçün Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən N.Ağayev bildirib ki, o, narkotik bitkiləri elmi araşdırmalar məqsədilə əkib: “Özümü elan edilmiş ittiham üzrə təqsirli bilmirəm, lakin ittiham aktında yazılanların hamısı düzdür. Belə ki, narkotik vasitəni elmi fəalliyyətlə məşğul olmaq üçün əkmişəm. Narkotik vasitənin tibbdə bir çox xəstəliklərin müalicəsində faydası misilsizdir. Buna misal olaraq şəkərli diabet, vərəm, xərçəng, dərialtı ləkələr kimi bir sıra xəstəlikləri göstərmək olar. Bundan əlavə, narkotik vasitə kulinariya sahəsində də geniş istifadə edilsə, insan orqanizmi üçün daha faydalı olar. Eləcə də müqəddəs kitab “Qurani-Kərim”də “şəfa otu” deyərkən məhz narkotik vasitə nəzərdə tutulur. Bu barədə çoxsaylı kitablarım çap olunub, eyni zamanda, onlar müxtəlif dillərə tərcümə edilib. Mənim gördüyüm işlər barədə hakimiyyət nümayəndələri xəbərdardırlar. Belə ki, onlar öz nümayəndələrini yanıma göndəriblər və aramızda danışıqlar gedib və onlar bu görüşlərin nəticəsi olaraq mənim düz danışdığımı bildiriblər. Uzun illər tədqiqat aparmış bir şəxs kimi onu deyə bilərəm ki, narkotik vasitənin toxumundan tutmuş, göyərib boy atmasına qədər insan fəlsəfəsinə bənzəyir”.

Araşdırmalar zamanı məlum olub ki, Nizami Ağayev 2015-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib. O, həbsxanada olarkən həyat yoldaşına Fatmayıdakı bağ evini tərk etməsini və azadlığa çıxandan sonra orada tək yaşayacağını deyib.

Fotoda: Nizami Ağayev

Məhkəmədə şahid qismində çıxış edən N.Ağayevin həyat yoldaşı onun əkdiyi narkotik bitkilərin məktəbli uşaqlar arasında yayıldığını bildirib: “Hazırda restoranda xadimə işləyirəm. Nizamini 2010-ci ildən tanıyıram və 2013-cü ildə onunla rəsmi nikaha daxil olmuşam. Evləndikdən sonra Binəqədi rayonu Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evində yaşadıq. 2015-ci ildə Nizami həbs olundu. Biz uşaqlarla həmin bağ evində yaşayırdıq. Nizami cəzaçəkmə müəsissəsindən azad olunmamışdan əvvəl telefonla xəbər göndərdi ki, uşaqları da götürüb bağ evini boşaldım, çıxandan sonra özü orada tək qalacaq. 2020-ci il fevralında evi boşaldıb, uşaqları da götürüb bir müddət kirayədə, daha sonra isə anamgildə qalmağa başladım.

Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə onunla rəsmi şəkildə boşandım, Nizamiyə aliment də kəsildi. 2020-ci ilin mart ayında Nizami azadlığa çıxandan sonra Fatmayıdakı bağ evində tək qalmağa başladı. 22 sentyabr 2021-ci il tarixdə uşağı məktəbə apardıqda həmin ərazidə yaşayan valideynlər və ətrafda qalanlar mənə yaxınlaşaraq bildirdilər ki, Nizami “nəşəxorluq” edir, ağzında “nəşə” küçədə gəzir, bunu da uşaqlar görür. Daha sonra direktor müavini Aygün xanım məktəbli uşaqların Nizaminin həyətində əkdiyi narkotik otlardan gətirib çəkdiklərini bildirdi. Bundan sonra qızımla birgə bağ evinə getdim. Nizaminin saçı-saqqalı çox uzanmışdı. Daha sonra bağ tərəfə gedəndə orada uzun, yaşıl bitkilər gördüm. Hansı ki onları əvvəllər görməmişdim. Nizami həmin bitkilərə damcı halında su verirdi, qulluğunda dururdu. Nizamidən həmin bitkilərin nə olmasını soruşduqda “sənlik deyil, özüm üçün əkmişəm, heç kimə demə, özüm bilərəm, görürsən özünü görməməzliyə vur”, dedi. Həmin bitkilərin şəklini telefona çəkib internetdə onlar haqqında maraqlandıqda narkotik tərkibli bitki olduqlarını öyrəndim. Daha sonra növbəti dəfə Nizaminin yaşadığı evə gələndə onu yenə də pis vəziyyətdə gördüm. Buna görə də Daxili İşlər Nazirliyinin “102” xidmətinə və təcili tibbi yardıma zəng etdim. Ümumiyyətlə, Nizami dəfələrlə mənə zəng edib evə çağıraraq özünü doğramaqla hədələyib. Eyni zamanda, azyaşlı qızıma da zəng edib hədə-qorxu gələrək öldürməklə, yandırmaqla hədələyib”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2022-ci il tarixli hökmü ilə Nizami Ağayevə 5 il müddətinə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd edilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Türkiyə ilə Yunanıstan arasında hərbi münaqişə riski: Bakı-Ankara müştərək gücü işə düşə bilər – TƏHLİL
Next: “RİA Novosti” Azərbaycanın etirazına səbəb olan müsahibəni sildi – Foto

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.