Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Səttar Möhbalıyev: “Yaxın gələcəkdə “Böyük Qayıdış”ın reallaşması üçün bütün mövcud potensiallar səfərbər olunub”
  • Cəmiyyət

Səttar Möhbalıyev: “Yaxın gələcəkdə “Böyük Qayıdış”ın reallaşması üçün bütün mövcud potensiallar səfərbər olunub”

“Yenilməz və qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin parlaq səhfələrindən birini Zəngilan rayonunun işğaldan azad edilməsi təşkil edir. Sərhəd
Cavidan 5 May, 2022
1648733521_15

“Yenilməz və qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin parlaq səhfələrindən birini Zəngilan rayonunun işğaldan azad edilməsi təşkil edir. Sərhəd Qoşunlarımızın komandanlığı altında aparılan əməliyyat nəticəsində rayon qısa müddətdə işğalçılardan təmizləndi. Ümumilikdə Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Bu döyüşlərdə Ordumuzun göstərdiyi misilsiz rəşadət düşmənin işğalçı qüvvələrinin sarsılmasına, ruh düşkünlüyünə, fərariliyin artmasına gətirib çıxardı. Həmçinin Silahlı Qüvvələrimiz düşmən üzərində psixoloji üstünlük qazanaraq digər rayonlarımızın işğaldan azad edilməsi prosesini daha böyük uğurla və yüksək ruhla davam etdirdilər”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, işğal müddətində Şərqi Zəngəzurun və Qarabağın digər əraziləri kimi, Zəngilan da düşmən barbarlığına məruz qalmış, demək olar ki, bütün tikililər, o cümlədən tarixi və dini memarlıq abidələri məhv edilmişdir: “Onlar xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstəriblər. Bunun mümkün olmadığını gördükdə isə onları dağıdıb, təhqir ediblər. Amma bu gün işğaldan azad edilmiş başqa rayonlarımız ilə bərabər Zəngilanda da kompleks şəkildə yenidənqurma-bərpa işləri aparılır. Burada da görülən işlər dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. Prezident və birinci xanım Mehriban Əliyeva dəfələrlə Zəngilana səfərlər edərək quruculuq işləri ilə yerindəcə tanış olublar. Bu, onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. 1-ci, 2-ci və 3-cü Ağalı kəndləri “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulur. Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikilir. Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Burada “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də həyata keçiriləcək. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasını xüsusi olaraq vurğulamaq istərdim. Bu layihənin çox böyük strateji əhəmiyyəti var. Ən əsası dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün çox əhəmiyyətlidir. Hava limanının inşası isə rayonla yanaşı, ümumilikdə bölgənin beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsinə gətirib çıxaracaq”.

“Mən işğaldan azad edilmiş ərazilərimizdə Heydər Əliyev Fondu tərəfindən görülən işləri xüsusi olaraq qeyd etmək istərdim. Tarixi-dini memarlıq abidələrimizin bərpası prosesində Fond bilavasitə yaxından iştirak edir. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri ilə – Zəngilan məscidinin bərpası ilə də Fond özü məşğul olur. Bu, Heydər Əliyev Fondunun və onun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiyməti təcəssüm etdirir”, – Milli Məclisin deputatı bildirib.

“Prezident İlham Əliyev Zəngilan rayonuna xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında qeyd etdi ki, Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. İnanırıq ki, burada yaradılan sosial-iqtisadi şərait sakinlərin rahat yaşaması üçün əlverişli olacaq. Rayonun coğrafi mövqeyi və təbii sərvətləri burada biznesin inkişafına, məşğulluğun təmin olunmasına əlavə güc qatacaq. Həmçinin rayonun kənd təsərrüfatı potenisalı da yüksəkdir. Bu da rayonun iqtisadi inkişafına və məşğulluğun artmasına xeyli imkanlar yaradacaq və bütövlükdə bölgənin dirçəlməsinə təkan verəcək”,, – S.Möhbalıyev qeyd edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Azad edilmiş torpaqlarda bir dənə də qanunsuz tikili olmamalıdır” – Dövlət başçısı
Next: Bir nömrəli vəzifə

Bölmənin digər xəbərləri

Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

Cavidan 3 İyul, 2026
Screenshot_20260703_135432_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Cavidan 3 İyul, 2026
Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 688)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity 1
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

3 İyul, 2026
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq Screenshot_20260703_135432_com_android_chrome_ChromeTabbedActivity 2
  • Cəmiyyət

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

3 İyul, 2026
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 3
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 4
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 5
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9688) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.