Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Energetika Nazirliyində pozuntular AŞKARLANDI
  • Cəmiyyət

Energetika Nazirliyində pozuntular AŞKARLANDI

Azərbaycan Energetika Nazirliyinin 2020-ci il dekabrın 31-i tarixinə maliyyə hesabatları qurumun maliyyə vəziyyətini və əlaqəli dövr üzrə maliyyə
Cavidan 21 Aprel, 2022
1650535245.1645283702_perviz_shahbazov_121017 (1)

Azərbaycan Energetika Nazirliyinin 2020-ci il dekabrın 31-i tarixinə maliyyə hesabatları qurumun maliyyə vəziyyətini və əlaqəli dövr üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini tətbiq olunan qanunvericilik əsasında müəyyən edilmiş meyarlar üzrə əksər aspektlərdə düzgün əks etdirib.

Bu barədə Hesablama Palatasının bülleteninin 2022-ci il üzrə birinci nömrəsində deyilir. Lakin palata öz rəyində qeyd edib ki, nazirlik tərəfindən 2020-ci il ərzində maliyyə əməliyyatları həyata keçirildiyi zaman şamil edilən qanunvericilik əsasında müəyyən edilmiş meyarlar ilə müqayisədə bəzi hallarda əhəmiyyətli uyğunsuzluqlar aşkar olunub.

Palata tərəfindən aparılan kənar dövlət maliyyə nəzarəti (KDMN) əsasında, əhəmiyyətli, lakin geniş yayılmamış və düzəldici tədbirlərlə qarşısı alına biləcək təhriflər müəyyən edilib və bu yekun olaraq şərti müsbət rəyin verilməsinə əsas olub. Bu təhriflər, əsasən, qeyri-maddi aktivlərin, ehtiyatların, torpaq, tikili və avadanlıqların, həmçinin sair əməliyyat xərclərinin uçotu zamanı bəzi hallarda yanlış yanaşmalarda istifadə edilməsi səbəbindən yaranmış uyğunsuzluqlardan əlaqəli olmaqla, yekunda maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərib.

Qeyd edilir ki, auditlə əhatə olunan maliyyə hesabatlarında təsbit edilmiş məlumatların digər əhəmiyyətli təhrifləri bir sıra hallarda müqavilə əsasında KDMN obyekti üçün göstərilmiş məsləhətçi xidmətlərinin təhvil-təsliminin rəsmiləşdirilməsinə və müvafiq ödənişlərin həyata keçirilməsinə baxmayaraq, Dövlət Xəzinadarlıq İdarəsi ilə müvafiq sənədləşmələrin vaxtında aparılmaması səbəbindən müvafiq əməliyyat xərclərinin uçotuna aid olub.

Bundan əlavə, nazirlikdə daxili nəzarət sisteminin yetərli dərəcədə adekvat olmaması səbəbindən fəaliyyəti çərçivəsində aparılmış əməliyyatlara şamil edilən qanunvericilik çərçivəsi və müvafiq huqüqi sənədlərin tələbləri ilə uyğunsuzluqlar müşahidə olunub.

“Bu sıradan cari il üzrə təsdiq edilmiş büdcə göstəricilərindən artıq xərclərin müvafiq sənədləşmə olmadan tanınması və növbəti ildə əlaqəli ödənişlərin həyata keçirilməsi, dövlət satınalmaları ilə bağlı prosedurlara dair tələblərin bəzi hallarda pozulması, yanacaq xərcləri və avtonəqliyyat vasitələrinin cari təmir xərcləri üzrə normalardan kənarlaşmalar xüsusi əhəmiyyət kəsb edən uyğunsuzluq halları kimi qiymətləndirilir”, – Hesablama Palatasının bülletenində deyilir.

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazovdur.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident Köndələnçayda aparılacaq təmir-bərpa işləri ilə tanış oldu
Next: Prezident Şuşada tikinti işləri ilə tanış oldu – FOTO

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 165056
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.