Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Rusiya liderlərinin övladlarının lüks həyatları – FOTOLAR
  • Dünya

Rusiya liderlərinin övladlarının lüks həyatları – FOTOLAR

Ukrayna işğalına görə dünyada reaksiyaların hədəfinə çevrilən Rusiya rəhbərliyindən olan önəmli adların övladları Qərb ölkələrində illərlə dəbdəbəli həyat
Cavidan 13 Aprel, 2022
1649834931_Без названия

Ukrayna işğalına görə dünyada reaksiyaların hədəfinə çevrilən Rusiya rəhbərliyindən olan önəmli adların övladları Qərb ölkələrində illərlə dəbdəbəli həyat sürüb, bahalı məktəblərdə oxuyublar.

Addim.az  Rusiya administrasiyasının aparıcı şəxslərinin övladlarının dəbdəbəli həyatını araşdırıb. 

Rusiya administrasiyasının ən tanınmış simalarından olan Kremlin sözçüsü Dmtri Peskov həyat yoldaşı və iki uşağı ilə birlikdə “dövlət qulluqçusu maaşı ilə dəbdəbəli həyatı”na görə ABŞ sanksiyalarına məruz qalıb.

Peskovun əvvəlki nikahlardan olan övladları Qərbi Avropada böyüyüb. Peskovun Parisdə təhsil alan və sosial şəbəkədə fotoları ilə diqqət çəkən 24 yaşlı qızı Yelizaveta Peskova Parisdə anası ilə birlikdə 2 milyon dollar dəyərində lüks evdə yaşayır. O, əvvəllər Rusiya kanallarından birinə Avropada özünü daha rahat hiss etdiyini, Rusiya təhsil sisteminin çox pis olduğunu deyərək mübahisə yaradıb. Bir müddət Avropa Parlamentində təcrübə keçən Peskovanın bir müddət əvvəl İnstaqram hesabında “Müharibəyə yox” mesajı paylaşması diqqət çəkib.

Peskovun İngiltərədə böyüyən oğlu Nikolay Çoles şəxsi təyyarə səyahətləri, Moskvadakı bahalı evi və bahalı avtomobilləri ilə tanınır.

Rusiya diplomatiyasının bir nömrəli adı olan xarici işlər naziri Sergey Lavrovun qızı da London və Nyu-Yorkda təhsil alıb. Hazırda 39 yaşında olan Yekaterina Vinokurova London İqtisadiyyat Məktəbində təhsil aldıqdan sonra Nyu-Yorka köçüb. 

Lavrovun sevgilisinin qızı Polina Kovalevanın Londonda 5,8 milyon dollarlıq evdə yaşadığı məlum olub.

Rusiya prezidenti Vladimir Putinin də ailəsi daha çox Qərb ölkələrində yaşayır. Putinin böyük qızı Mariya holland əri ilə birlikdə 3,3 milyon dollarlıq mənzildə yaşayır, kiçik qızı Katerina isə Fransada milyonluq evə sahibdir.

Putinin sevgilisi olduğu iddia edilən keçmiş gimnast Alina Kabayevanın İsveçrədə dəbdəbəli villasında uşaqları ilə birlikdə yaşayır.  Onun bir müddət əvvəl Putindən gizləndiyi xəbəri mətbuatda  öz əksini tapmışdı.

Kaliforniya Universitetində Rusiya üzrə ekspert Daniel Treisman, Rusiya liderlərinin Qərbi daim tənqid etdiyi halda, övladlarının Qərb ölkələrində dəbdəbəli yaşamasını “açıq ikiüzlülük” kimi qiymətləndirib.  

Rusiya rəsmiləri və onların ailələrinin Qərblə əlaqələri də zaman-zaman Rusiya daxilində mübahisələrə səbəb olur. Rusiya məmurlarının azyaşlı uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsi 2016-cı ildə Rusiya parlamentinin aşağı palatası Duma tərəfindən rədd edilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: 4 ölkə prezidentləri Zelenski ilə görüşmək üçün Kiyevə gedir
Next: Rafael Cəbrayılovun qardaşı SAXLANILDI

Bölmənin digər xəbərləri

Screenshot_20260630_143644_com_android_chrome_ChromeTabbedActivity
  • Dünya

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 093530
  • Dünya

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 090132
  • Dünya

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.