Rusiyanın Ukraynada apardığı müharibə səbəbilə Ukraynanın paytaxtı Kiyevdən Çernovtsı şəhərinə köçən Türkiyə səfirliyi yenidən fəaliyyətini bərpa edib.
Addim.az “Haber Global”a istinadən xəbər verir ki, Rusiyanın Kiyev yaxınlığından çəkilməsindən sonra səfirliyin bütün əməkdaşları Kiyevə qayıdıb.
Qeyd edək ki, Türkiyə Kiyevi tərk edən sonuncu səfirlik olub. Bu gün isə Kiyevin mühasirəsi yarılandan sonra şəhərə qayıdan ilk səfirlik sayılır.
Sabahdan etibarən səfirlik işini sürətləndirəcək. Personal geniş təhlükəsizlik tədbirləri altında şəhərə gəlib.