Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Putinlə bağlı maraqlı faktlar ÜZƏ ÇIXDI – FOTOLAR
  • Dünya

Putinlə bağlı maraqlı faktlar ÜZƏ ÇIXDI – FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin şəxsi həyatı ilə bağlı məlumatlar gizli saxlanılsa da, onun keçmiş həyat yoldaşı Lyudmila Şkrebnevanın
Cavidan 15 Mart, 2022
1647347557.14853955_0_160_3073_1889_1920x0_80_0_0_ef93f40b696d28c05ec11e8438fa5899

Rusiya prezidenti Vladimir Putinin şəxsi həyatı ilə bağlı məlumatlar gizli saxlanılsa da, onun keçmiş həyat yoldaşı Lyudmila Şkrebnevanın Putinlə evli olduğu dövrlə bağlı bəzi detallar diqqət çəkib. Hekayələr arasında ən maraqlısı Putinin qeyri-adi evlilik təklifidir.

 Lyudmila Şkrebneva 2000-ci ildə yazdığı “Birinci şəxs” tərcümeyi-halında Putin ilə münasibətləri haqqında maraqlı təfərrüatlar danışıb.

Şkrebneva bildirib ki, üç il yarım davam edən münasibətdən sonra Putin ona evlilik təklifi edib. 

“Biz bir yerdə oturarkən qəfildən öz qüsurlarından danışmağa başladı. Özünü tənqid edirdi. “İndi mənim necə bir insan olduğumu bilirsən. Çox rahat insan olduğumu deyə bilmərəm”, – deyə ifadə etməyə  başladı. O, bəzən çox impulsiv davrandığını, hətta bunun nəticəsində insanları təhqir edirdi”. 

Putinlə keçirdiyi 30 ilini “riskli” kimi xarakterizə edən Şkrebneva, “Özünü tənqid etdikdən sonra mənə üz tutub dedi: “Üç il yarım birlikdə keçirdik. İndi siz qərarınızı verdiniz?”. Mən “bəli” dedim. Düşündüm ki, bu sözlərin sonunda ayrılmaq istəyəcək… Amma sonra birdən “Səni sevirəm və sənə evlilik təklif edirəm” dedi və məndən cavab gözlədiyini söylədi. Bu, mənim üçün tamamilə sürpriz oldu”, – deyə bildirib. 

1983-cü ildə Putin-Lyudmila cütlüyünün Mariya Vorontsova və Yekaterina Tixonova adlı iki qızı dünyaya gəldi. 2000-ci ildən, Putin prezident olduqdan sonra cütlüyün münasibətləri sarsılmağa başladı. 

2013-cü ilin iyun ayında cütlük ayrıldıqlarını açıqladı. Bir il sonra aprel ayında rəsmi olaraq boşandılar və 30 illik evlilikləri sona çatdı. “Bu, birgə qərar idi. Hər birimizin öz həyatı var”, – deyə Putin mətbuata açıqlamasında deyib. 

Bundan sonra Şkrebneva özündən 21 yaş kiçik biznesmen Artur Oçeretnı ilə 2015-ci ildə ailə həyatı qurub. Vladimir Putinin həyatında kiminsə olub-olmaması məxfi olaraq qalır. “New York Post” qəzetində yer alan xəbərə görə, Putin boşandıqdan sonra rəsmi nikaha girməsə də, olimpiya mükafatçısı Alina Kabaeva ilə uzun müddətdir münasibəti var. Bu birlik hələ rəsmi olaraq təsdiqlənməyib, lakin cütlüyün İsveçrədə yaşayan dörd övladının olduğu da güman edilir.

Rusiyanın Ukraynaya təcavüzündən sonra hər iki ölkənin liderləri ilə bağlı bir çox maraqlı detallar üzə çıxıb. Vladimir Putinin yürüşünü təhlil edən ekspertlər maraqlı bir detala diqqət çəkiblər. Putin sol qolunu irəli tutaraq asimmetrik şəkildə yeriyir və həmişə sağ qolunu geridə saxlayır. Sol qolu daim öndə olan Putinin bu gedişinin sirrini açmaq istəyən portuqal, italyan və hollandiyalı nevroloqlar Putinin sağ əlini arxasında saxlamasının səbəbini araşdırıblar. Araşdırmalar nəticəsində Putinin yeriyərkən və sol əlini daha çox irəli-geri hərəkət etdirərkən, demək olar ki, sabit sağ əli Parkinson xəstəliyinin başlanğıcı ola bilər. “British Medical Journal”da dərc olunan araşdırmaya görə, Putin Sovet kəşfiyyatı KQB-də aldığı təlim sayəsində belə yeriyir.

Putinlə bağlı zaman-zaman gündəmə gələn hadisələrdən biri də mübahisəli botoks iddialarıdır. Rusiya liderinin üz quruluşunu araşdıran həkimlərin fikrincə, Putin botoks etdirməyi sevən biridir. Mançesterdəki “Reflect” Klinikasının həkimi Lambenin sözlərinə görə, botoks prosedurları Rusiya liderinin üzündə çox görünür. 2019-cu ildə “Sun Online”a danışan Dr. Lambe Rusiya liderinin botoksu haqqında, “Mən super yuxarı göz qaldırma və bəlkə də çənə qaldırma görürəm ki, bu da ona daha diqqətli və təravətli görünüş verir”, – deyib. Doktor Lambe iynələrin Putinin emosiyaları hiss etmə qabiliyyətini də uyuşdurduğunu iddia edib.

Putinin sözçüsü Rusiya lideri Vladimir Putinin botoks müalicəsinin ola biləcəyi fikrini tamamilə rədd edib. Putinin sözçüsü, tədqiq edilən fotoşəkillərdə və ya görüntülərdə ətrafdakı işığın pis ola biləcəyini ifadə edərək, Putinin çox yorğun olduğunu düşündüyünü, ola bilsin ki, yorğun olan zaman çəkilən görüntülərin botoks kimi qəbul edildiyini söyləyib. Lakin Doktor Lambe bütün bu cavabları qətiyyətlə rədd edərək, Rusiya liderinin botoksdan əziyyət çəkdiyinə əmin olduğunu təkrarlayıb. 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Müharibə dayandırılmalıdır” – Lavrov
Next: Çavuşoğlu Rusiyaya səfər etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-29 133228
  • Dünya

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 153547
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 657)
  • Dünya (3. 424)
  • Gündəm (11. 906)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb Screenshot 2026-06-29 133228 1
  • Dünya

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

29 İyun, 2026
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər Screenshot 2026-06-29 125244 2
  • İdman

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

29 İyun, 2026
Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib Screenshot 2026-06-29 120518 3
  • Cəmiyyət

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

29 İyun, 2026
Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil Screenshot 2026-06-29 113529 4
  • Cəmiyyət

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

29 İyun, 2026
Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur” Screenshot 2026-06-29 103851 5
  • Cəmiyyət

Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9657) Dünya (3424) Gündəm (11906) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.