Rusiyanın “Birinci kanal”ının efirində gözlənilməz hadisə yaşanıb.
“Zaman” xəbərlər proqramı zamanı telekanalın redaktoru Marina Ovsyannikova əlində müharibə əleyhinə şüarlar əks olunmuş plakatla efirə müdaxilə edib.
“Müharibəni dayandırın. Təbliğata inanmayın. Burada sizə yalan danışırlar” deyə plakatda yazılan sözləri xanım əməkdaş bir neçə dəfə təkrar edib.
Hadisədən sonra Ovsyannikova saxlanılıb, barəsində araşdırma başladılıb.