Rus qoşunları Kiyevdəki “Antonov” zavodunu atəşə tutub.
Addim.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə martın 14 -də Kiyev Şəhər Dövlət Administrasiyasından məlumat verilib.
“Kiyevdə işğalçılar hündürmərtəbəli binanı və Antonov zavodunu atəşə tutublar. Partlayışların baş verdiyi yerlərdə yanğınsöndürənlər, həkimlər və digər xidmətlər işləyir”, – administrasiyadan bildirilib.