Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında zirvə görüşünün keçirilməsini təklif edib və hər iki tərəf bunu qəbul edib.
Bu barədə Yelisey Sarayı məlumat yayıb.
“Makron prezident Bayden və prezident Putin arasında, daha sonra isə Avropada təhlükəsizlik və strateji sabitlik üzrə bütün maraqlı tərəflərlə sammit keçirməyi təklif edib. Prezidentlər Bayden və Putin belə bir sammit ideyasını prinsipial olaraq qəbul etdilər”, – bəyanatda deyilir.
Qeyd olunur ki, sammit yalnız Rusiya Ukraynaya hərbi müdaxilə etməsə baş tuta bilər.
Sammitdə müzakirə ediləcək məsələləri Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-də keçiriləcək görüşlərində hazırlayacaqlar.