Skip to content
27 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Aygün Attardan CHP-li deputatın Azərbaycanla bağlı ittihamlarına – Cavab
  • Dünya

Aygün Attardan CHP-li deputatın Azərbaycanla bağlı ittihamlarına – Cavab

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün
Cavidan 5 Fevral, 2022
attar1

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Attar​ Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə arasında enerji sahəsində əlaqələr, habelə iki ölkənin dövlət başçılarına qarşı irəli sürdüyü ittihamları pisləyən bəyanatla çıxış edib.

Addim.az xəbər verir ki, professor Attar bu barədə oz tviter hesabında yazıb. O, bu ittihamları əsassız adlandıraraq sərt tənqid edib:

“Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu olaraq Aykut Ərdoğdunu Azərbaycana qarşı əsassız iddiaları səbəbindən şiddətlə qınayırıq. Belə həssas dönəmdə “bir millət, iki dövlət” fəlsəfəsinə ciddi zərər vuran ifadələrinə görə üzr istəməsini gözləyirik.

CHP-li millət vəkilinin Türkiyə və Azərbaycan arasındakı təbii qaz anlaşması ilə əlaqədar əsassız iddiaları cahil cəsarətinin təzahürüdür, yoxsa “bir millət, iki dövlət”i həzm edə bilməməsinin göstəricisidir? Milli mücadilə dönəmində evlilik üzüklərini Anadoluya yardım üçün göndərən Azərbaycana bu kinin səbəbi nədir?”

A.Attar “Azərbaycanla bağlı səslənən ittihamlar Azərbaycan Dövlət Fondunun ötən həftə Mərkəzi Bankda bir milyard avro dəyərində hesab açması xəbəri fonunda səsləndirilməsi təsadüfmüdür” deyə sual edib. O, CHP rəhbərliyinə müraciət edərək bildirib ki, Qarabağ savaşı boyunca Türkiyənin Azərbaycanla bağlı nümayiş etdirdiyi həmrəylik onu 1944-cü ildə Boraltan körpüsündə həmin dövrün iqtidarının azərbaycanlı qardaşlara xəyanət edərək SSRİ-yə verməsi və hamısının güllələnməsinin ölkəmizə yaşatdığı utancdan qurtarıb:

“Cənab Kılıcdaroğlu, partiyanızın millət vəkillərinin Azərbaycana yönəlmiş əsassız və ittihamedici iddiaları barədə CHP-dən bir açıqlama veriləcəkmi? Qarabağ müharibəsi günlərində köməkçiniz tərəfindən düşmən tezislərinin təkrar edilməsi, Şuşa Bəyannaməsi TBMM-də müzakirəyə çıxarıldığı zamanda TANAP iftirası nə ilə əlaqədardır?”

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi də CHP-dən  olan millət vəkili Aykut Ərdoğdunun ittihamedici açıqlamasını şərh etmişdi. Xarici Siyasət İdarəsinin açıqlamasında Azərbaycan ilə qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi, enerji sahəsində də açıq, tamamilə şəffaf, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcud olduğu vurğulanmışdı.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Mirqafar Seyidov təqaüdə göndərildi
Next: Vətən Müharibəsi qazisi vəfat etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-27 114418
  • Dünya

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

Cavidan 27 İyul, 2026
Screenshot 2026-07-27 093318
  • Dünya

KİV: “Kheibar Shekan” İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Cavidan 27 İyul, 2026
Screenshot 2026-07-25 115721
  • Dünya

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Cavidan 25 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 803)
  • Dünya (3. 468)
  • Gündəm (11. 973)
  • İdman (678)
  • İqtisadiyyat (608)
  • Kateqoriyasızlar (526)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır Screenshot 2026-07-27 175205 1
  • Cəmiyyət

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

27 İyul, 2026
MEDİA: İranın “Səhər” telekanalı və “Mehr” agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir Screenshot 2026-07-27 170242 2
  • Cəmiyyət

MEDİA: İranın “Səhər” telekanalı və “Mehr” agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

27 İyul, 2026
Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub Screenshot 2026-07-27 162802 3
  • Cəmiyyət

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

27 İyul, 2026
Azərbaycanda “Vahid indekslərin siyahısı” genişləndirilib Screenshot 2026-07-27 155009 4
  • Cəmiyyət

Azərbaycanda “Vahid indekslərin siyahısı” genişləndirilib

27 İyul, 2026
Elektron imzanı başqasına vermək hansı riskləri yaradır? Screenshot 2026-07-27 145901 5
  • Cəmiyyət

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

27 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9803) Dünya (3468) Gündəm (11973) Kateqoriyasızlar (526) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (678) İqtisadiyyat (608)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.