İsraildə hökuməti formalaşdırmaq üçün ilk mandatı kimin alacağı bazar günü bəlli olacaq.
Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, İsrail parlamentindəki (Knesset) seçkilərdən sonra nə Baş nazir Benyamin Netanyahu, nə də onun əsas rəqibi, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkot hökuməti formalaşdırmaq üçün zəruri parlament çoxluğunu əldə edə bilib.
Noyabrın 6-da başa çatan siyasi partiya rəhbərlərinin Prezident İshak Hersoqla məsləhətləşmələri zamanı 120 deputatdan 67-si Qadi Eyzenkotun, 46-sı isə Benyamin Netanyahunun hökuməti formalaşdırmaq üçün ilk mandatı almasını dəstəkləyib.
Prezident İshaq Hersoq isə qərarını noyabrın 8-də açıqlayacağını bildirib.
Məlumata görə, Eyzenkotun namizədliyinin dəstəklənməsində ərəb partiyalarının mövqeyi də mühüm rol oynayıb. Belə ki, həmin partiyaların 19 deputatının dəstəyi onun lehinə formalaşan səs çoxluğuna töhfə verib. Bununla belə, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi ərəb partiyaları ilə rəsmi koalisiya hökuməti qurmaq niyyətində olmadığını bəyan edib.
