Skip to content
20 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Putin yenə Qarabağdan danışdı 
  • Dünya

Putin yenə Qarabağdan danışdı 

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Qarabağ münaqişəsinin həlli Ermənistana bir çox faydalar gətirə bilər. Putin bu barədə
Cavidan 2 Sentyabr, 2026
Screenshot 2026-09-02 094149

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Qarabağ münaqişəsinin həlli Ermənistana bir çox faydalar gətirə bilər.

Putin bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Rusiya lideri rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınmasına da münasibət bildirib.

“Bəlkə də bu qərarın (Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının) Ermənistanın hazırkı rəhbərliyi üçün öz üstünlükləri var. Çünki bu vəziyyət səhifəni çevirməyə və artıq heç bir münaqişə olmadan irəliləməyə imkan verir.
İnsanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokadadan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, investisiyalar üçün sərhədləri açmaq və sair mümkündür. Əslində, üstünlüklər az deyil”, – Putin bildirib.

Rusiya Prezidenti deyib ki, Qarabağ məsələsi regionda baş verən proseslərin başlanğıc nöqtəsi olub.

“Bilirsiniz, mən yaxın keçmişi qurdalamaq istəmirəm, amma bütün hadisələr Qarabağ problemi ilə bağlı başladı…
Ermənistan rəhbərliyi, baş nazirin özü Praqada müvafiq sənədi imzaladı və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdı. Həmin andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz ikili xarakter aldı. Biz Azərbaycanın daxili işlərinə qarışa bilərikmi, yoxsa qarışmalıyıq?” – Putin bildirib.

Rusiya lideri Ermənistan-Azərbaycan sərhədinə də toxunub.
O deyib ki, rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrinin müdafiə etməsini tələb edib.

Onun sözlərinə görə, Ermənistan tərəfi sərhədin ayrı-ayrı hissələrinin müdafiəsi məsələsini qaldırsa da, KTMT-yə üzv digər dövlətlər əvvəlcə Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini bildiriblər.

“Nikol Vovayeviç (Paşinyan – red.) hesab edirdi ki, KTMT sərhədin müəyyən hissələrini qorumalıdır. KTMT-nin bütün üzvləri isə deyirdilər: “Xeyr, sərhədin müəyyən hissələrini qorumaq tamamilə başqa məsələdir”. Axı sərhədin delimitasiyası yoxdur. Sərhədlə bağlı heç bir müqavilə yoxdur, olmayıb və indi də yoxdur. Azərbaycan hesab edir ki, sərhəd bu hissədən keçir, Ermənistan isə başqa hissədən keçdiyini düşünür. Burada həqiqətən ekspert qiymətləndirməsi tələb edən çoxlu məsələlər var”, – Putin bildirib.

Rusiya Prezidenti qeyd edib ki, müvafiq sənədlər imzalanana qədər KTMT-nin Ermənistan-Azərbaycan sərhədi üzrə münasibətləri necə quracağı ilə bağlı suallar qalır.

Putin bu mövzunu Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada müzakirə etməyə ümid etdiyini bildirib.

Putin Paşinyanı Ermənistanın KTMT, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə münasibətlərə dair məsələləri ətraflı müzakirə etmək üçün Moskvaya dəvət edib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Sonrakı: İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Bölmənin digər xəbərləri

6ad5fd84067396ad5fd8406 v
  • Dünya

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

Cavidan 19 Oktyabr, 2026
6ad22284840ac6ad22v
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Cavidan 16 Oktyabr, 2026
B23C bknA6_1200
  • Dünya

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

Cavidan 14 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese bazar Business Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Microsoft Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World İlon Mask

Bölmələr

  • Cəmiyyət (3. 309)
  • Dünya (1. 085)
  • Gündəm (3. 467)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (441)
  • Texnologiya (19)

Xəbər Trendi

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb IY9FjS9jWO3fX4tx v 1
  • Cəmiyyət

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

19 Oktyabr, 2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb 6ad61267e3d876adb 2
  • Cəmiyyət

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

19 Oktyabr, 2026
Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək 6ad5fd84067396ad5fd8406 v 3
  • Dünya

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

19 Oktyabr, 2026
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb – FOTO zWaX0A6DtvzX9S4RRYa b 4
  • Cəmiyyət

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb – FOTO

19 Oktyabr, 2026
Bir qrup energetik təltif edilib – Sərəncam 6cfa4b76-74f1-39d8-a59v 5
  • Gündəm

Bir qrup energetik təltif edilib – Sərəncam

19 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3309) Dünya (1085) Gündəm (3467) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (441) Texnologiya (19) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 19
  • 19
  • 4. 840

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.