Ukraynanın eks-prezidenti Petro Poroşenko istintaqa çağırılıb.
Addim.az TASS-a istinadən xəbər verir ki, Dövlət İstintaq Bürosu Poroşenkonun yanvarın 31-də ifadə vermək üçün çağırıldığını elan edib.
Dövlətə xəyanətdə ittiham olunan Poroşenko Donbasın separatçıların nəzarəti altında olan hissəsindən daş kömür alınması ilə bağlı açılan cinayət işi çərçivəsində sorğu-sual ediləcək.