Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov “Telegram”da bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojye rayonuna yeddi dəfə zərbə endirib. Nəticədə fərdi yaşayış evlərinə ziyan dəyib.
“İki nəfər həlak olub. Daha 15 nəfər yaralanıb, onların arasında uşaq da var”, – Fyodorov bildirib.
Daha sonra o, Rusiyanın hücumu nəticəsində daha bir nəfərin həlak olduğunu dəqiqləşdirib.
