Sabah İstanbulda bir sıra qurumlarda işlər ləğv ediləcək.
Bu barədə İstanbul valisi Ali Yerlikaya Tvitter hesabında məlumat yayıb.
“Pis hava şəraitinə görə təhlükəsizlik, səhiyyə və nəqliyyat xidmətləri istisna olmaqla, dövlət qulluqçuları, fəhlələr və digər işçilər 25 yanvar 2022-ci il çərşənbə axşamı günü tam ştatlı inzibati məzuniyyətdə hesab olunacaqlar”, – o qeyd edib.
Bundan başqa, bütün uşaq bağçalarında da tətil olacaq.