Skip to content
14 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Tramp: Putin və Zelenski – güzəştə getməyən danışıqçılardır
  • Dünya
  • Gündəm

Tramp: Putin və Zelenski – güzəştə getməyən danışıqçılardır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski güzəştə getməyən danışıqçılardır.
Cavidan 8 İyul, 2026
Ekran şəkli 2026-07-08 174132

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski güzəştə getməyən danışıqçılardır.

O bu barədə Ankarada Ukrayna Prezidenti ilə görüşündə bildirib.

ABŞ liderinin sözlərinə görə, sonda Rusiya və Ukrayna arasında razılaşma əldə olunacaq:

“Bu razılaşma üzərində iş artıq çoxdan aparılır. Onun öz müsbət və mənfi cəhətləri var. Hər iki tərəf onun nədən ibarət olduğunu bilir. Bəzən o sadə görünə bilər, amma onda bir həqiqət payı var. Parkda bir-birini sevməyən və dalaşmağa başlayan iki uşağı təsəvvür edin. Bəzən bunun nə qədər ağır olduğunu özlərinin anlaması üçün onlara dalaşmağa icazə vermək lazmdır. Müharibə, döyüş əməliyyatları ağırdır”.

O həmçinin tərəflərin sülh yolu ilə nizamlanmanın mümkün olduğu bir məqama yaxınlaşdığına dair fikir də ifadə edib:

“Maraqlıdır ki, belə demək olar: hazırda Ukrayna və Rusiya arasındakı vəziyyət heç vaxt olmadığı qədər pisdir”.

Tramp V.Putinin nizamlanmaya hazır olduğunu niyə düşündüyü barədə suala cavabında onunla, həmçinin Prezident Zelenski ilə dəfələrlə etdiyi söhbətlərə istinad edib: “Mən Putinlə, Zelenski ilə danışmışam. Düşünürəm ki, Putin razılaşma əldə etmək istəyir. Mənə elə gəlir ki, Prezident Volodimir Zelenski ölüm və dağıntı şəraitində yaşamağa davam etmək yox, öz ölkəsinin bərpasına qayıtmaq istərdi”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Sonrakı: Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Bölmənin digər xəbərləri

6acdd733b7edbM
  • Gündəm

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb – YENİLƏNİB

Cavidan 13 Oktyabr, 2026
2H9SvDe4VDeI v
  • Dünya

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Cavidan 13 Oktyabr, 2026
EhCcDGqqS v
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Cavidan 13 Oktyabr, 2026

Teqlər

2026 Alış-veriş Android AnTuTu Apple Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health iPad Pro iPhone 18 Pro Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Mobile Stories Texnologiya Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 267)
  • Dünya (1. 082)
  • Gündəm (3. 456)
  • İdman (247)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (9)

Xəbər Trendi

Professor Tərlan Quliyev vəfat edib 6ace27f4e7ed26ace27f4e7eb(2) 1
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr, 2026
FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb 6ace189486be46ace1 2
  • İdman

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

13 Oktyabr, 2026
XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir vvv 3
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

13 Oktyabr, 2026
AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri 4
  • Texnologiya

AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri

13 Oktyabr, 2026
AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı 5
  • Texnologiya

AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3267) Dünya (1082) Gündəm (3456) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (9) İdman (247) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 9
  • 8
  • 4. 588

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.