Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb
  • Dünya

Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb

Mayın 7-nə keçən gecə Rusiyanın müxtəlif regionlarına pilotsuz uçuş aparatları ilə kütləvi hücumlar həyata keçirilib. “Interfax”ın məlumatına görə,
Cavidan 7 May, 2026
Screenshot 2026-05-07 105012

Mayın 7-nə keçən gecə Rusiyanın müxtəlif regionlarına pilotsuz uçuş aparatları ilə kütləvi hücumlar həyata keçirilib.

“Interfax”ın məlumatına görə, hücumların ən çox Bryansk vilayətində qeydə alındığı bildirilir.

Vilayətin qubernatoru Aleksandr Boqomaz bildirib ki, Bryanskın Bejitski rayonuna endirilən zərbə nəticəsində 13 nəfər, o cümlədən bir uşaq yaralanıb.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Hücum nəticəsində iki çoxmərtəbəli yaşayış binası, 20-dən çox mənzil və təxminən 40 avtomobilə ziyan dəydiyi qeyd olunub.

Həmçinin Rjev şəhərinin hücuma məruz qaldığı deyilir. Qubernator Vitaliy Korolev bildirib ki, üç yaşayış binasına ziyan dəyib, lakin xəsarət alan olmayıb. Təxminən 350 nəfər, o cümlədən 60 uşaq təxliyə edilib.

Samara vilayətində PUA hücumu səbəbindən “Xalça” planı tətbiq olunub və hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb. Bir sıra şəhərlərdə hava həyəcan siqnalları səsləndirilib.

Moskva istiqamətində isə gecə və səhər saatlarında ümumilikdə 11 pilotsuz aparatın vurulduğu açıqlanıb. Şəhər meri Sergey Sobyaninin sözlərinə görə, fövqəladə xidmətlərin əməkdaşları dron qalıqlarının düşdüyü ərazilərdə işləyirlər.

Hücumlar fonunda Şeremetyevo və Vnukovo hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Sonradan Şeremetyevodakı məhdudiyyətlər aradan qaldırılsa da, Vnukovo hava limanı hələ də bağlı qalır.

Məlumata əsasən, Moskvadan 37 reys gecikib, üç reys isə ləğv olunub.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq
Sonrakı: Balakən kanat yolunun inşasına başlanılıb

Bölmənin digər xəbərləri

B23C bknA6_1200
  • Dünya

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

Cavidan 14 Oktyabr, 2026
2H9SvDe4VDeI v
  • Dünya

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Cavidan 13 Oktyabr, 2026
1664530310
  • Dünya

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Cavidan 8 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 277)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib 6ad07d9824a196ad07d98 b 1
  • Cəmiyyət

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

15 Oktyabr, 2026
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər H9GxZ8AoUMky1Zpq b 2
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

15 Oktyabr, 2026
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb kPg3Qjt2ZCfKsCe6jE v 3
  • İqtisadiyyat

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

15 Oktyabr, 2026
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır 753c2c08-584e-3583-a7ea v 4
  • İdman

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

15 Oktyabr, 2026
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq HrORBeEahVUEHCvoxnsQK8 b 5
  • Cəmiyyət

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3277) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 93
  • 91
  • 4. 748

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.