Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Netanyahu: İsrail İran limanlarının blokadası təşəbbüsünü dəstəkləyir
  • Dünya
  • Gündəm

Netanyahu: İsrail İran limanlarının blokadası təşəbbüsünü dəstəkləyir

İran və ABŞ arasında atəşkəs rejimi “istənilən anda pozula bilər”. Bunu İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin
Cavidan 13 Aprel, 2026
cbe342e4-0f9a-3d6v

İran və ABŞ arasında atəşkəs rejimi “istənilən anda pozula bilər”.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında bəyan edib.

Onun sözlərinə görə, İsrail ABŞ Prezidenti Donald Trampın İran limanlarına dəniz blokadası tətbiq etmək qərarını dəstəkləyir.

“İran Pakistandakı sülh danışıqlarının şərtlərini pozdu, Prezident Tramp hərbi-dəniz blokadası tətbiq etmək qərarına gəldi”, – Netanyahu bildirib.

O, həmçinin iki ölkənin “daimi koordinasiya”da olduğunu söyləyib. Netanyahu ABŞ ilə İsrail arasında siyasi fikir ayrılıqlarının yarandığına dair şayiələri də təkzib edib.

“Aramızda fikir ayrılıqları olduğuna dair iddialar tamamilə həqiqətə uyğun gəlmir. Əksinə, ABŞ Prezidenti və onun komandası ilə gündəlik əlaqələrimizdə iştirak edən hər kəs bunu təsdiq edə bilər. Belə bir koordinasiya səviyyəsi əvvəllər heç vaxt olmayıb”, – o deyib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali lideri Əli Xameneyi öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb.

Qeyd edək ki, Tramp dünən ABŞ hərbçilərinin bazar ertəsi, aprelin 13-də Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Hörmüz boğazını bağlamağa başlamağı planlaşdırdığını bəyan edib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Bu gündən rezidenturaya ərizə qəbulu başlayıb
Sonrakı: Anar Əliyev BP-nin regional prezidenti ilə yeni birgə layihələri müzakirə edib

Bölmənin digər xəbərləri

Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

Cavidan 17 Oktyabr, 2026
6ad22284840ac6ad22v
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (237)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 1
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 2
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 3
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 4
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb 6ad31782140b36ad31782140b41v 5
  • Kriminal

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (237) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 56
  • 52
  • 4. 952

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.