Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayevanın əri Dimaş Dosanov Qazaxıstanın “KazTransOil” dövlət şirkətinin baş direktoru – idarə heyətinin sədri vəzifəsindən istefa verib.
Nazarbayevin digər kürəkəni “QazaqGaz” SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin də səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, onun Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.