ABŞ ən azı həftə sonu (28 fevral – 1 mart) ərzində İrana zərbələr endirməyə davam edəcək.
Bu barədə “The Washington Post” mənbəyə istinadən məlumat yayıb.
“Əməliyyatların çoxgünlük təzyiq kampaniyası çərçivəsində ən azı həftə sonunadək davam edəcəyi gözlənilir”, – o əlavə edib.
Mənbənin sözlərinə görə, ABŞ İrandakı hədəflərə “Tomahawk” qanadlı raketlərlə zərbələr endirir.
