Skip to content
16 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Zelenski: Aİ Ukraynaya 90 milyard avroluq kredit üzrə Macarıstanın vetosundan yan keçməyin yolunu tapacaq
  • Dünya
  • Gündəm

Zelenski: Aİ Ukraynaya 90 milyard avroluq kredit üzrə Macarıstanın vetosundan yan keçməyin yolunu tapacaq

Avropa İttifaqı (Aİ) Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynaya 90 milyard avro həcmində kredit vəsaitlərinin ayrılmasına mümkün vetosundan
Cavidan 24 Fevral, 2026
ef25c55f-4d19-3v

Avropa İttifaqı (Aİ) Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynaya 90 milyard avro həcmində kredit vəsaitlərinin ayrılmasına mümkün vetosundan yan keçmək üçün yol tapacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın ARD kanalına verdiyi müsahibədə bildirib.

“Mənim fikrimcə, bloklanma baş verməyəcək. Aİ bundan yan keçmək üçün yollar tapacaq. Biz müvafiq vəsaitləri alacağıq. ABŞ bizə ehtiyacımız olan və avropalılarda olmayan müvafiq silahları əldə etmək imkanı verəcək”, – o qeyd edib.

Zelenski, həmçinin Viktor Orbanın Ukraynaya vəsait ayrılmasını bloklamaq cəhdlərinə əl atmayacağına ümid ifadə edib.

Xatırladaq ki, fevralın 11-də Avropa Parlamentinin deputatları Strasburqda plenar sessiyada Ukrayna üçün 2026-2027-ci illər üzrə 90 milyard avro həcmində kreditin ayrılmasının lehinə səs veriblər. Bundan 60 milyardın Ukraynanın müdafiə məqsədlərinə xərclənməsi planlaşdırılır. 30 milyard isə “Ukraine Facility” mexanizmi vasitəsilə təqdim ediləcək makromaliyyə yardımı və ya büdcə dəstəyinə ayrılacaq. İndi Aİ Şurası kreditin verilməsi barədə nizamnaməyə dair yekun rəsmi qərar qəbul etməlidir. Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Budapeşt Rusiya neftinin Ukrayna ərazisindən “Drujba” neft kəməri ilə tranziti bərpa olunana qədər bu vəsaitlərin ayrılmasını bloklayacaq.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Fuad Oktay: TRIPP bütün region, o cümlədən Gürcüstan üçün faydalı olacaq
Sonrakı: DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb, şahid qismində ifadə verməyə dəvət olunub

Bölmənin digər xəbərləri

1794 v)
  • Gündəm

Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər

Cavidan 16 Noyabr, 2026
B
  • Gündəm

Daha bir vəkil həbs edildi – FOTO

Cavidan 16 Noyabr, 2026
6af8408e001116af8vaf8408e0010f
  • Dünya

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Cavidan 14 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Huawei informasiya təhlükəsizliyi innovasiya Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza Science Smartfonlar Sony spacex Starlink startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik WebTrust for CA World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 446)
  • Dünya (1. 129)
  • Gündəm (3. 526)
  • İdman (262)
  • İqtisadiyyat (179)
  • Kateqoriyasızlar (254)
  • Kriminal (314)
  • Mədəniyyət (98)
  • Siyasət (452)
  • Texnologiya (70)

Xəbər Trendi

Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı 1
  • Texnologiya

Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı

16 Noyabr, 2026
Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var 2
  • Texnologiya

Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var

16 Noyabr, 2026
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ 1794816749_94160811_0_8 v5814b6b4a3282e20340d4b 3
  • Kateqoriyasızlar

Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ

16 Noyabr, 2026
Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər 1794 v) 4
  • Gündəm

Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər

16 Noyabr, 2026
Daha bir vəkil həbs edildi – FOTO B 5
  • Gündəm

Daha bir vəkil həbs edildi – FOTO

16 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3446) Dünya (1129) Gündəm (3526) Kateqoriyasızlar (254) Kriminal (314) Mədəniyyət (98) Siyasət (452) Texnologiya (70) İdman (262) İqtisadiyyat (179)

Sayt üzrə statistika

  • 2
  • 500
  • 448
  • 16. 777

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.