Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir
  • Dünya
  • Gündəm

Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir

Qərblə Rusiya arasında artan gərginlik fonunda Avropada yaşanan xaos və zidiyyətlər daha da dərinləşir. Bu hal özünü bəzi
Cavidan 7 Fevral, 2026
1770380969_1


Qərblə Rusiya arasında artan gərginlik fonunda Avropada yaşanan xaos və zidiyyətlər daha da dərinləşir. Bu hal özünü bəzi qitə ölkələrinin Rusiyaya münasibətində xüsusilə qabarıq şəkildə göstərməyə başlayıb. Dünənə qədər, Rusiyaya kəskin münasibətilə seçilən bəzi Avropa ölkələr indi bu məsələdə birdən-birə yumşaq mövqe sərgiləməyə başlayırlar. Bu xüsusda əsasən də Rusiya ilə sərhədə malik olan Baltikyanı ölkələr – Latviya və Estoniya daha çox seçilir.

Belə ki, Estoniya Prezidenti Alar Karis və Latviyanın Baş naziri Evika Silina Rusiya ilə əlaqələri yeniləmək üçün xüsusi Avropa elçisinin təyin edilməsini tələb ediblər.

Estoniya Prezidenti seçilmiş xüsusi elçinin həm Rusiya, həm də Ukrayna tərəfindən etibar edilən “böyük Avropa ölkəsi”ndən gəlməli olduğunu vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makron isə həftənin əvvəlində xüsusi elçinin təyin edilməsi ilə bağlı işlərin “artıq texniki səviyyədə başladığını” bildirib.

Görünən odur ki, artıq bir sıra Avropa ölkələri Moskva ilə konfrantasiyada olmaqdansa, onunla danışıqlara getməyə meyl etməyə başlayıblar.

Avropa ölkələrinin Rusiya ilə danışıqlara başlamaq istəyi nədən qaynaqlanır?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Bizim.Media-ya açıqlamasında bildirir ki, bəzi Avropa ölkələri, xüsusən də Rusiya ilə sərhəddə yerləşən dövlətlərin Moskva ilə danışıqlara başlamaq üçün hərəkətə gəlmələri onların artıq özlərini düşünməyə başlamaları ilə bağlıdır:

“Görürlər ki, nəhəng dövlətlər ancaq özlərini düşünür, digərlərinə isə özləri üçün yem kimi baxırlar. Avropanın lider ölkələri – Fransa, Almaniya və Böyük Britaniya Avropa İttifaqına daxil olan bir sıra dövlətlərin üzləşə biləcəyi risklərə məhəl qoymadan hamısını Rusiya ilə üz-üzə qoymaq siyasəti yürüdürlər.

Bu yolla çalışırlar ki, Rusiyanın təsir dairəsini kiçiltsinlər. Həmin güclərə vacib olan Rusiya ilə konfrantasiyanın gücləndirilməsidir. Bu səbəbdən də sözügedən 3 Avropa nəhəngi digərlərinin fikirlərinə məhəl qoymur. Yəni Paris, London, Berlin açıq şəkildə yeri gələndə bəzi subyektlərin maraqlarını düşünmədən qurban verməyə hazırdırlar”.

Ekspertin fikrincə, Baltikyanı ölkələr Rusiya ilə münasibətlərdə yaşanan gərginlik fonunda onları da Ukraynanın aqibəti gözləyə biləcəyini anlamağa başlayıblar:

“Baltikyanı ölkələr yaddan çıxarmamalıdır ki, Rusiya onların yaxın qonşusudur. Bölgənin hər üç dövlətində istehsal edilən əksər kənd təsərrüfatı, balıq məhsulları, xüsusi yeyinti məhsullarını Avropa bazarı yaxına belə buraxmır. Həmin məhsulları onlardan Rusiya alır.

Belə olan halda, Baltikyanı ölkələr görür ki, böyük güclərin oyunbazlığı nəticəsində pis vəziyyətə düşür və Rusiyanın qəzəbinə tuş gəlirlər. Baltikyanı elita, siyasi qüvvələr özünəməxsus tərzdə ayılırlar. Nəticədə anlayırlar ki, Rusiya ilə münasibətlərdə yaşanan gərginlik fonunda onları da Ukraynanın aqibəti gözləyə bilər.

Prosesdə yeni mərhələ
 
Politoloq qeyd edir ki, deyəsən, Estoniya və Latviyanın siyasi qüvvələri artıq oyanış dövrünə qədəm qoyurlar:

“Onlar görürlər ki, Rusiya ilə münasibətləri korlamağın xeyri yoxdur, əksinə ziyanı var. Rusiya onlar üçün bazardır. Digər tərəfdən, onlar arasında elə də ciddi antoqanizm yoxdur. Deməli, burada özünəməxsus yeni mərhələ başlamaq üzrədir”.(Bizim.Media)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI
Sonrakı: Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb

Bölmənin digər xəbərləri

  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

Cavidan 17 Oktyabr, 2026
6ad22284840ac6ad22v
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Cavidan 16 Oktyabr, 2026
v-a593-3838e9591392_1200
  • Cəmiyyət

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 299)
  • Dünya (1. 084)
  • Gündəm (3. 464)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (237)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq 1
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

17 Oktyabr, 2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib 2
  • Kateqoriyasızlar

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

17 Oktyabr, 2026
Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb 6ad22284840ac6ad22v 3
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

16 Oktyabr, 2026
Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var qeza__1_ 4
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

16 Oktyabr, 2026
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları BVSpZcyrH8UTPC4Mpmn 5
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3299) Dünya (1084) Gündəm (3464) Kateqoriyasızlar (237) Kriminal (300) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 33
  • 31
  • 4. 929

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.