Fələstin Prezidenti Mahmud Abbas parlament seçkilərinin keçirilməsini bu ilin noyabrın 1-nə təyin edib.
Bu barədə “Wafa” nəşri məlumat yayıb.
Bununla əlaqədar fərmanda qeyd olunub ki, seçkilər Fələstin xalqının maksimum iştirakını təmin edəcək şəkildə tam proporsional sistemə uyğun olaraq ölkənin daxilində və xaricində keçirilməlidir.
Sənəddə bildirilib ki, qadınlar, gənclər və xaricdəki icmalar daxil olmaqla, əhalinin bütün qruplarının iştirakının təmin edilməsi zəruridir.
