Skip to content
8 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Pakistan Hindistanın Cammu və Kəşmirdəki məscidlərlə bağlı siyasətini pisləyib
  • Dünya
  • Gündəm

Pakistan Hindistanın Cammu və Kəşmirdəki məscidlərlə bağlı siyasətini pisləyib

Pakistan Hindistanın Cammu və Kəşmirdə məscidləri və onların icmalarını profilləşdirməsini (etnik, dini və ya siyasi mənsubiyyətə görə şəxslərin
Cavidan 17 Yanvar, 2026
QCW0KNFSGJgAjyO v

Pakistan Hindistanın Cammu və Kəşmirdə məscidləri və onların icmalarını profilləşdirməsini (etnik, dini və ya siyasi mənsubiyyətə görə şəxslərin hədəfə alınması, şəxsi məlumatlarının zorla toplanması, nəzarətə götürülməsi və ya təzyiq göstərilməsi – red.) pisləyib.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, dini məsələlərə bu cür açıq müdaxilə din və etiqad azadlığına dair fundamental hüququn ciddi şəkildə pozulması olmaqla yanaşı, işğal altında olan ərazidə müsəlman əhalini qorxutmaq və kənarlaşdırmaq məqsədi daşıyan növbəti məcburedici cəhdin təzahürüdür:

“Din xadimlərinin şəxsi məlumatlarının, fotoşəkillərinin və məzhəb mənsubiyyətlərinin zorla toplanması ibadət edənlər arasında qorxu yaratmağa və onların dinlərini sərbəst şəkildə icra etməsinə mane olmağa yönəlmiş sistemli təzyiq xarakteri daşıyır. Bu addımlar təcavüzkar Hindistan hökumətinin Hindutva ideologiyasının təşviq etdiyi institusionallaşdırılmış İslamofobiya siyasətinin daha geniş modelinin tərkib hissəsidir. Məscidlərin və müsəlman ruhanilərin məqsədli şəkildə hədəfə alınması bu siyasətlərin ayrı-seçkilik və icma xarakterini açıq şəkildə ortaya qoyur”.

Vurğulanıb ki, Cammu və Kəşmir xalqı qorxu, məcburiyyət və ayrı-seçkilik olmadan dinini icra etmək üçün ayrılmaz hüquqa malikdir:

“Pakistan onlarla həmrəylik nümayiş etdirməyə davam edəcək və kəşmirlilərə qarşı yönəlmiş bütün dini təqib və dözümsüzlük formalarına qarşı səsini qaldırmaqda israrlı olacaq”.

Post navigation

Previous: Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
Next: Tanınmış həkim vəfat etdi – FOTO

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-08 113243
  • Cəmiyyət

Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başlayıb

Cavidan 8 Avqust, 2026
Screenshot 2026-08-08 100720
  • Dünya

NYT: ABŞ Kubanın rəhbəri vəzifəsinə namizəd axtarır

Cavidan 8 Avqust, 2026
Screenshot 2026-08-08 090332
  • Dünya

Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb

Cavidan 8 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 905)
  • Dünya (1. 000)
  • Gündəm (3. 255)
  • İdman (213)
  • İqtisadiyyat (149)
  • Kateqoriyasızlar (185)
  • Kriminal (263)
  • Mədəniyyət (92)
  • Siyasət (393)
  • Texnologiya (15)

Xəbər Trendi

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq Screenshot 2026-08-08 133526 1
  • Cəmiyyət

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

8 Avqust, 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana 1049 ton buğda göndərildi Screenshot 2026-08-08 120607 2
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana 1049 ton buğda göndərildi

8 Avqust, 2026
Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başlayıb Screenshot 2026-08-08 113243 3
  • Cəmiyyət

Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başlayıb

8 Avqust, 2026
Qobustanda maşın işıq dirəyinə çırpılıb, sürücü ölüb Screenshot 2026-08-08 110153 4
  • Kriminal

Qobustanda maşın işıq dirəyinə çırpılıb, sürücü ölüb

8 Avqust, 2026
NYT: ABŞ Kubanın rəhbəri vəzifəsinə namizəd axtarır Screenshot 2026-08-08 100720 5
  • Dünya

NYT: ABŞ Kubanın rəhbəri vəzifəsinə namizəd axtarır

8 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2905) Dünya (1000) Gündəm (3255) Kateqoriyasızlar (185) Kriminal (263) Mədəniyyət (92) Siyasət (393) Texnologiya (15) İdman (213) İqtisadiyyat (149)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.