İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin istefa ərizəsi yazdığı təsdiqlənib.
Bu barədə İran hökumətinin mətbuat katibi Fateme Mohecərani bildirib.
O, Mehdi Sənayinin istefasının qəbul edilib-edilmədiyindən xəbərsiz olduğunu əlavə edib.
Mehdi Sənayinin İrandakı etirazlar fonunda istefa verdiyi bildirilir.
Qeyd edək ki, İran rialının ABŞ dolları qarşısında kəskin dəyər itirməsindən sonra Tehranda sahibkarlar iqtisadi vəziyyətin çətinliyinə etiraz olaraq aksiyalar keçiriblər.
