Skip to content
6 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • ABŞ-nin İrana hücumunun təfərrüatı: Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub
  • Dünya
  • Gündəm

ABŞ-nin İrana hücumunun təfərrüatı: Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub

ABŞ prezidenti Donald Tramp iyunun 21-də Bedminsterdəki qolf klubunda olarkən İranın nüvə obyektlərinə zərbə endirmə əməliyyatına yekun razılıq
Cavidan 23 İyun, 2025
1615dfaa-336c-35c3-8dfa-dad81f86ebb7_850

ABŞ prezidenti Donald Tramp iyunun 21-də Bedminsterdəki qolf klubunda olarkən İranın nüvə obyektlərinə zərbə endirmə əməliyyatına yekun razılıq verib.

Bu barədə öz mənbələrinə istinadən “Axios” portalı məlumat yayıb.

Hücumun baş verə bilməyəcəyi ilə bağlı açıq bəyanatlara baxmayaraq, Amerika lideri iyunun 20-də müdafiə naziri Pit Heqsete ABŞ-dan “B-2” strateji bombardmançılarını əməliyyata göndərməyi əmr edib.

Saatlar sonra təyyarələr Missuri ştatındakı hava bazasından havaya qalxıb, bəziləri isə diqqəti yayındırmaq üçün saxta hədəflərə doğru gediblər. Bir qolf klubunda Amerika liderinə məlumat verilib ki, bombardmançılar geri dönüş nöqtəsi deyilən nöqtəyə – tam radio səssizliyinə keçəcəkləri ana çatmaq üzrədirlər. Prezident də İranın nüvə obyektlərinə zərbələr endirmək üçün son icazə verib.

Tramp qısa müddət sonra Vaşinqtona qayıdıb. Ağ Evdə onun milli təhlükəsizlik komandası əməliyyatla bağlı məlumatlandırılıb. Zərbə anında ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçiyə mesaj göndərərək əməliyyatın birdəfəlik olduğunu və yalnız Tehranın nüvə proqramı ilə məhdudlaşdığını açıq şəkildə bildirib.

Stiven Uitkoff əlavə edib ki, Birləşmiş Ştatlar hələ də diplomatik həll yolu axtarır və indi İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektlərini məhv etdikdən sonra danışıqlar masasına qayıtmasını istəyir. Artıq ABŞ-nin danışıqlar aparmaq təklifinə cavab olaraq İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya gəlib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Tramp ona məxsus sosial şəbəkə hesabında hücumlarla bağlı belə yazıb: “Peyk görüntülərindən göründüyü kimi, İrandakı bütün nüvə obyektlərinə monumental ziyan dəyib. Məhv etmək düzgün termindir!. Ən pis zərər yer səviyyəsindən çox aşağıda verilmişdir”.(Report)

Post navigation

Previous: “Dədə Ələsgər Ocağı” İB-nin sədri: Aşıq Ələsgərlə bağlı ən dəyərli məlumatı nəvəsi toplayıb
Next: Tofiq Musayev: “Daha güclü və inamlı geri dönəcəyəm”

Bölmənin digər xəbərləri

5f8ca67d-489b-36c1 v
  • Gündəm

“Sabah” uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

Cavidan 5 Sentyabr, 2026
Снимок экрана 2026-09-05 091429
  • Gündəm

Çempionlar Liqası: “Sabah” rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Cavidan 5 Sentyabr, 2026
Снимок экрана 2026-09-04 183017
  • Gündəm

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli – ŞƏRH

Cavidan 4 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 080)
  • Dünya (1. 050)
  • Gündəm (3. 349)
  • İdman (232)
  • İqtisadiyyat (158)
  • Kateqoriyasızlar (203)
  • Kriminal (280)
  • Mədəniyyət (94)
  • Siyasət (409)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb TYCT5XlD v 1
  • Cəmiyyət

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

5 Sentyabr, 2026
Fransanın Ermənistandakı səfiri dəyişib Снимок экрана 2026-09-05 154218 2
  • Cəmiyyət

Fransanın Ermənistandakı səfiri dəyişib

5 Sentyabr, 2026
Rusiya Donetskdə bir kəndi ələ keçirib Снимок экрана 2026-09-05 145230 3
  • Cəmiyyət

Rusiya Donetskdə bir kəndi ələ keçirib

5 Sentyabr, 2026
“Sabah” uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq 5f8ca67d-489b-36c1 v 4
  • Gündəm

“Sabah” uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

5 Sentyabr, 2026
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var Снимок экрана 2026-09-05 124843 5
  • Cəmiyyət

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

5 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3080) Dünya (1050) Gündəm (3349) Kateqoriyasızlar (203) Kriminal (280) Mədəniyyət (94) Siyasət (409) Texnologiya (15) İdman (232) İqtisadiyyat (158)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.