Skip to content
25 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

Lavrovun Ermənistana səfərinin məqsədi nə idi? – ŞƏRH

Cavidan 22 May, 2025

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri uzun müddət pozaraq ümid edirdi ki, nəticədə Avropa İttifaqı (Aİ) ilə daha sıx əlaqələr üçün müsbət siqnallar alacaq.

Amma hadisələrin gedişatı göstərdi ki, Ermənistan Aİ-ni ümumiyyətlə maraqlandırmır, bu regionda Qərbin elə də ciddi təsiri yoxdur. Üstəlik, Gürcüstan məsələsi həll olana qədər onlar İrəvana müraciət etməyi ciddi hesab etmirlər. Bununla belə, Paşinyan siyasəti ilə özünü geosiyasi tələyə saldığını artıq dərk edib.

Çünki ABŞ-də Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Nikolun xaricdəki mövqeyi daha da zəiflədi. Səbəb isə sadədir: Vaşinqton üçün İrəvanın problemləri Mozambikin problemlərindən çox da fərqlənmir. Bu amilləri nəzərə alan Paşinyan növbəti dəfə Moskvaya siqnallar verib ki, əvvəllər korlanmış münasibətləri bərpa etmək istəyir. Moskvanın isə buna müsbət cavab verməkdən, bu vasitə ilə Ermənistana qulaqburması verməkdən başqa çarəsi yoxdur.

Elə 20-21 may tarixlərində Rusiyanın XİN başçısı Sergey Lavrovun bir neçə illik fasilədən sonra İrəvana səfəri də bunu deməyə əsas verir. Qeyd etmək yerinə düşər ki, həm Putinin, həm də Paşinyanın ətrafı bir-birinə qarşı şübhə və yadlaşma amilinin olduğu faktını gizlətmir. Bununla belə, digər tərəfdən tərəflər bu gün mövcud olan soyuq münasibətləri bir az da zəiflətməyə imkan verəcək münasibətlərin heç olmasa səviyyəsini bərpa etmək üçün yenidən cəhd etmək qərarına gəliblər.

Görüşlər və birgə mətbuat konfransı zamanı verilən açıqlamalardan aydın olur ki, tərəflər bir-birlərinə qarşı inciklikləri keçmişdə buraxmağa çalışmalı olduqları tezisləri səthi şəkildə, könülsüz formada səsləndirirlər. Amma aydındır ki, Ermənistanın Rusiyaya, Moskvanın da İrəvana qarşı inamsızlıq mühiti aradan qalxmayacaq. Eyni zamanda Lavrovla Paşinyanın bağlı qapılar arxasında hansı danışıqlar apardığını, Kremlin hansı təlimatlarını gətirdiyini bilmək olmur. Bu, bir müddət sonra baş verən hadisələrdən sonra aydınlaşacaq.

Moskva və İrəvanın münasibətləri yaxşılaşdırmaq üçün atdıqları bu addımı ortaq maraq strategiyası baxımından dəyərləndirmək hələ tezdir. Hər iki tərəf bunu bilir, eyni zamanda vəziyyət də bunu diktə edir. Paşinyan əslində bu addımı ilə Aİ-yə təzyiq göstərməyə çalışır. Moskvaya isə regionda Azərbaycandan daha yaxşı müttəfiq ola biləcəyinə işarə edir. Bu məsələdə də keçmiş redaktorun gözləntiləri yanlışdır.

Birincisi, Azərbaycan bu gün regionda müstəqil siyasət yürüdən tək-tük dövlətlərdən biridir.

İkincisi, AZAL-a məxsus təyyarənin qəzasında da aydın göründü ki, Bakı Moskvaya qarşı sərt addımlar ata bilər və istəyinə nail olmaq üçün bütün rıçaqlarını işə sala bilər. Ermənistandan fərqli olaraq isə Kremlin Azərbaycanda təsir rıçaqları yoxdur. Ən azı qeyd edək ki, Rusiya ilə münasibətlərin pozulması İrəvanın Avrasiya İqtisadi İttifaqı ilə vidalaşması, qısacası, iqtisadiyyatının çöküşü deməkdir. Buna görə də Paşinyan nəyisə etməyə çalışanda ən azı iqtisadi analizləri düzgün aparmalıdır.

Lavrovun isə İrəvanda səsləndirdiyi mesajların sərtliyini onun açıqlamalarından da anlamaq olar. Birincisi, silah ticarəti ilə bağlı rusiyalı diplomat qeyd edib ki, Ermənistan müstəqil dövlətdir və istədiyi yerdən silah ala bilər. Əslində isə bu o mənaya gəlir ki, İrəvanın Hindistan və Fransa ilə silah ticarətini kifayət qədər genişləndirməsi Şimalın xoşuna gəlmir. Çünki rusiyalı nazir silah tədarükü ilə bağlı çıxışına Avropaya qarşı müharibə apardığına da eyham vurub. Bu isə “mənim müharibə apardığım ölkə ilə silah alveri edən dövlət mənim strateji müttəfiqim ola bilərmi” sualını yenidən gündəmə gətirmək üçün erməni siyasi elitasına ismarış sayıla bilər.

Eyni zamanda mətbuat konfransı zamanı Ararat Mirzoyanın biabırçı açıqlamaları, xüsusən də Aİ-yə üzvlüklə bağlı Ermənistanın ərizə ilə müraciət etmədiyini bildirməsi “Vətəndaş müqaviləsi”nin ikiüzlü siyasətini bir daha sübuta yetirir. Gecə-gündüz iclas və toplantılarda, parlamentdə Aİ-yə üzvlükdən danışan, bunun dividentləri və faydalarından bəhs edən, təhlükəsizliyi Qərbə etibar etməyin vacibliyi fikrini müdafiə edən Paşinyan hökumətinin diplomatının dilindən bu tip açıqlamalar qeyri-ciddilikdən xəbər verir.

Aİ-yə üzvlüyə namizədlik məsələsində erməni hökumətinin dəridən-qabıqdan çıxdığı, parlamentdə bu məsələ ilə bağlı qanunun qəbul edildiyi rəsmi olaraq yayımlanıb. Lavrov kimi nüfuzlu və peşəkar diplomatı belə bəsit, məktəb uşağı səviyyəsində səslənən yalanla “yola vermək” fikrinə düşmək Mirzoyanın diplomatiyadan xəbərsiz olduğunu göstərir. Bu, ilk dəfə deyil ki, Ermənistan hökumətinin nümayəndələri ziddiyyətli bəyanatlar verirlər: bu, şəraitdən və onların hansı ölkənin paytaxtı və ya nümayəndə heyəti ilə danışmasından asılıdır.

Rusiya XİN başçısının regiondan kənar ölkələrin müdaxiləsi, Qərbin burada dominantlıq qurma cəhdləri barədə açıqlamaları da elə birbaşa Paşinyan hökumətinə xəbərdarlıq kimi qəbul edilir. Çünki Cənubi Qafqazda hazırda Qərbin qucağına özünü tamamilə buraxmağa hazır olan yeganə ölkə Ermənistandır. İrəvan özünü Avropanın forpostuna çevrilmək üçün dəridən-qabıqdan çıxdığı bir məqamda Lavrovun bu tip açıqlaması sərt xəbərdarlıq kimi də dəyərləndirilə bilər.

Ümumiyyətlə, yekun olaraq söyləmək olar ki, Rusiya XİN başçısının çıxışı əsasən diktə və xəbərdarlıqlara yönəlik olub. İstər KTMT, istərsə də Gümrüdəki rus hərbi bazası ilə bağlı səslənən fikirlər ağanın vassal ilə söhbətinə bənzəyir. Gümrüdəki hərbi bazanın Ermənistanın təhlükəsizliyinin qarantı olması barədə açıqlama isə, birbaşa İrəvana təhdid mesajı kimi dəyərləndirilə bilər ki, əgər bazanın bağlanması məsələsi gündəmə gəlsə, bu, Ermənistan üçün faciəvi sonluqla başa çata bilər.

Qısası, Lavrovun səfəri kifayət qədər maraqlı və vacib açıqlamalarla yadda qaldı. Bundan sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun səfərini də gözləmək, bu vaxta qədər prosesləri izləyərək, münasibətlərin hansı səviyyəyə çatacağını söyləmək olar. Amma nəzərə almaq lazımdır ki, Lavrovun İrəvana səfərindən dərhal sonra Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın Moskvaya səfər edəcəyi ilə bağlı xəbərin ortaya çıxması da bir mətləbdən xəbər verir.

Mherin Ermənistanın “boz kardinalı” olduğunu nəzərə alsaq, söyləyə bilərik ki, Lavrovu Moskvaya aparan təyyarə İrəvandan havaya qalxdıqdan sonra hakim elitada ciddi görüşlər və müzakirələr aparılıb. Çox güman ki, Qriqoryan da məhz bu nəticələri Kremlə çatdırmaq üçün Aİİ-nin iclasında iştirak edəcək…(Report)

Continue Reading

Previous: Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Next: Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub

Bölmənin digər xəbərləri

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB
  • Dünya

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub
  • Cəmiyyət

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər
  • Dünya

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026

Top 7 Xəbər

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 1

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 2

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 3

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026
ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 4

ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib

24 Yanvar, 2026
Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 5

Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb

24 Yanvar, 2026
Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək 6

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək

24 Yanvar, 2026
Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib 7

Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib

24 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8744) Dünya (3145) Gündəm (10933) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (560)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 24 Yanvar, 2026
  • 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 24 Yanvar, 2026
  • Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 24 Yanvar, 2026
  • ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 24 Yanvar, 2026
  • Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 24 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.