Skip to content
19 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi
  • Dünya
  • Gündəm

Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya ilə Ukrayna arasında İstanbul sülh danışıqları sayəsində münaqişənin həlli üçün açılmış
Cavidan 16 May, 2025
1747399869_thumbs_b_c_138a24af5792d2f299b3d348b9a8c517

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya ilə Ukrayna arasında İstanbul sülh danışıqları sayəsində münaqişənin həlli üçün açılmış fürsətdən istifadə etməyə çağırıb.

Türkiyə diplomatiyasının rəhbəri bunu İstanbuldakı Dolmabağça iqamətgahında Türkiyə, Rusiya və Ukrayna nümayəndələrinin üçtərəfli görüşünün açılışında deyib.

“Biz sülh yolunda irəliləmək üçün bu fürsətdən istifadə etməliyik”, – nazir bildirib.

O qeyd edib ki, bu görüş “2022-ci ilin martından bəri tərəflər arasında ilk birbaşa yüksək səviyyəli təmasdır”.

Nazir həmçinin Türkiyənin dialoqun asanlaşdırılmasındakı aparıcı rolunu vurğulayıb və hər iki tərəfi “tarixi fürsətdən” istifadə etməyə çağırdığını təkrarlayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident Donald Trampın sülh çağırışlarının prezidentlər Vladimir Putin və Vladimir Zelenski tərəfindən dinlənilməsini çox vacib hesab edirik.

Başa düşdüyünüz kimi, biz indi iki yol olduğu bir nöqtəyə çatmışıq. Yollardan biri bizi sülhə aparacaq bir prosesə başlayacaq, digəri isə daha böyük dağıntılara və insan tələfatına səbəb olacaq”, – nazir əlavə edib.

O xatırladıb ki, Türkiyə münaqişənin lap əvvəlindən qarşı tərəfi danışıqlar masasına oturtmaq üçün aktiv səylər göstərib. Fidanın sözlərinə görə, həm Rusiya, həm də Ukrayna nümayəndələrinin İstanbulda qəbulu “Ankaranın müharibəni bitirmək üçün qəti iradəsini” əks etdirir.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Ukraynada dərhal atəşkəs zərurəti mülki əhali arasında itkilərin davam etməsi ilə bağlıdır.

“Müharibənin insan tələfatı davam etdiyi üçün sürətli atəşkəs vacibdir”, – Hakan Fidan bildirib.

Nazir həmçinin tərəfləri liderlər arasında gələcək sammitə zəmin yarada biləcək konstruktiv yanaşmaya çağırıb.

“Növbəti mərhələ, etdiyimiz seçimlər və atdığımız addımlar vasitəsilə kollektiv şəkildə müəyyən ediləcək. Biz səmimi şəkildə inanırıq ki, sülhə konstruktiv danışıqlar yolu ilə nail olmaq olar”, – deyə o, yekunlaşdırıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
Sonrakı: Azərbaycanda ilk dəfə fortepiano ixtisası üzrə milli dərslik hazırlanır

Bölmənin digər xəbərləri

Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

Cavidan 17 Oktyabr, 2026
6ad22284840ac6ad22v
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Cavidan 16 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android AnTuTu Apple AzInTelecom Bad Cheese Bankçılıq bazar Birbank Business ChatGPT Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 305)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (19)

Xəbər Trendi

Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb IaRrYXuE2o9C7FjpB5jwh3E5D v 1
  • Cəmiyyət

Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb

19 Oktyabr, 2026
Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək 5b27801d-9a8e-30d4-v b 2
  • Cəmiyyət

Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək

19 Oktyabr, 2026
Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq pc2DK4QkCmMyLA57soKk b 3
  • Cəmiyyət

Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq

19 Oktyabr, 2026
Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir 4
  • Texnologiya

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir

18 Oktyabr, 2026
Epic Games Store-da iki oyun ödənişsiz oldu Epic Games Store-da iki oyun ödənişsiz oldu 5
  • Texnologiya

Epic Games Store-da iki oyun ödənişsiz oldu

18 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3305) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (19) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 57
  • 55
  • 4. 895

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.