Skip to content
21 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 714)
  • Dünya (3. 130)
  • Gündəm (10. 886)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 924)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya ilə Ukrayna arasında İstanbul sülh danışıqları sayəsində münaqişənin həlli üçün açılmış
Cavidan 16 May, 2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya ilə Ukrayna arasında İstanbul sülh danışıqları sayəsində münaqişənin həlli üçün açılmış fürsətdən istifadə etməyə çağırıb.

Türkiyə diplomatiyasının rəhbəri bunu İstanbuldakı Dolmabağça iqamətgahında Türkiyə, Rusiya və Ukrayna nümayəndələrinin üçtərəfli görüşünün açılışında deyib.

“Biz sülh yolunda irəliləmək üçün bu fürsətdən istifadə etməliyik”, – nazir bildirib.

O qeyd edib ki, bu görüş “2022-ci ilin martından bəri tərəflər arasında ilk birbaşa yüksək səviyyəli təmasdır”.

Nazir həmçinin Türkiyənin dialoqun asanlaşdırılmasındakı aparıcı rolunu vurğulayıb və hər iki tərəfi “tarixi fürsətdən” istifadə etməyə çağırdığını təkrarlayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident Donald Trampın sülh çağırışlarının prezidentlər Vladimir Putin və Vladimir Zelenski tərəfindən dinlənilməsini çox vacib hesab edirik.

Başa düşdüyünüz kimi, biz indi iki yol olduğu bir nöqtəyə çatmışıq. Yollardan biri bizi sülhə aparacaq bir prosesə başlayacaq, digəri isə daha böyük dağıntılara və insan tələfatına səbəb olacaq”, – nazir əlavə edib.

O xatırladıb ki, Türkiyə münaqişənin lap əvvəlindən qarşı tərəfi danışıqlar masasına oturtmaq üçün aktiv səylər göstərib. Fidanın sözlərinə görə, həm Rusiya, həm də Ukrayna nümayəndələrinin İstanbulda qəbulu “Ankaranın müharibəni bitirmək üçün qəti iradəsini” əks etdirir.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Ukraynada dərhal atəşkəs zərurəti mülki əhali arasında itkilərin davam etməsi ilə bağlıdır.

“Müharibənin insan tələfatı davam etdiyi üçün sürətli atəşkəs vacibdir”, – Hakan Fidan bildirib.

Nazir həmçinin tərəfləri liderlər arasında gələcək sammitə zəmin yarada biləcək konstruktiv yanaşmaya çağırıb.

“Növbəti mərhələ, etdiyimiz seçimlər və atdığımız addımlar vasitəsilə kollektiv şəkildə müəyyən ediləcək. Biz səmimi şəkildə inanırıq ki, sülhə konstruktiv danışıqlar yolu ilə nail olmaq olar”, – deyə o, yekunlaşdırıb.

Continue Reading

Previous: İlham Əliyev: Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir
Next: Azərbaycanda ilk dəfə fortepiano ixtisası üzrə milli dərslik hazırlanır

Bölmənin digər xəbərləri

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
  • Gündəm

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

21 Yanvar, 2026
Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb
  • Dünya

Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb

21 Yanvar, 2026
Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək
  • Gündəm

Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək

21 Yanvar, 2026

Top 7 Xəbər

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb 1

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

21 Yanvar, 2026
Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb 2

Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb

21 Yanvar, 2026
Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək 3

Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək

21 Yanvar, 2026
Azərbaycanda zəlzələ oldu 4

Azərbaycanda zəlzələ oldu

21 Yanvar, 2026
ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib 5

ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib

20 Yanvar, 2026
Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir 6

Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir

20 Yanvar, 2026
Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb 7

Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb

20 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 714)
  • Dünya (3. 130)
  • Gündəm (10. 886)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 924)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8714) Dünya (3130) Gündəm (10886) Kateqoriyasızlar (452) Kriminal (1315) Mədəniyyət (328) Siyasət (2924) Texnologiya (14) İdman (607) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan neftinin qiyməti 69 dolları ötüb 21 Yanvar, 2026
  • Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb 21 Yanvar, 2026
  • Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək 21 Yanvar, 2026
  • Azərbaycanda zəlzələ oldu 21 Yanvar, 2026
  • ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib 20 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.