Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Naxçıvana yol verməyə hazırıq, bir şərtlə ki… – Nikol Paşinyan
  • Dünya
  • Gündəm

Naxçıvana yol verməyə hazırıq, bir şərtlə ki… – Nikol Paşinyan

Azərbaycanın ən çox israr etdiyi məsələ regional kommunikasiyalar məsələsidir. Amma Ermənistanın birtərəfli öhdəliyi yoxdur. Hər iki tərəf bir-biri
Cavidan 4 Mart, 2025
1741066772_120040 (1)

Azərbaycanın ən çox israr etdiyi məsələ regional kommunikasiyalar məsələsidir. Amma Ermənistanın birtərəfli öhdəliyi yoxdur. Hər iki tərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyaları açmağı öhdəsinə götürüb.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasındakı  kommunikasiyalar haqqında yazdığı məqaləsində bildirib.

Paşinyan bir daha vurğulayıb ki, Ermənistan ərazisindən keçənm kommunikasiyalara nəzarət heç bir halda başqa ölkəyə həvalə oluna və ya verilə bilməz.

“Ermənistan tranzit təhlükəsizliyini təmin etmək öhdəliyini üzərinə götürüb və biz bunu etməyə hazırıq”, – Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan indiki mərhələdə Zəngilan-Meğri-Ordubad və əks istiqamətdə dəmir yolu ilə yükdaşımaların açılmasını təklif edib.
“Eyni zamanda, biz yazılı şəkildə heç bir tərəfin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə xələl gətirməyən variant təklif etmişik. Əgər Bakının narahatlığı Naxçıvana və Naxçıvandan əks istiqamətdə yüklərin etibarlı daşınmasını təmin etməkdirsə, deməli, bu məsələ öz həllini tapıb. Bircə Azərbaycanın “hə” deməsi qalır”.

Paşinyan bildirib ki, eyni prinsip əsasında Azərbaycandan Naxçıvana boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini təmin etməyə hazırdılar.

“Azərbaycan bildirir ki, Ermənistan Naxçıvana yol verməsə, İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycanın qərb rayonları ilə Naxçıvan əlaqəsini təmin edəcəklər… Aydınlıq üçün onu da bildiririk ki, Ermənistan Respublikası da İranın təklif etdiyi eyni hüquqi şərtlərlə tranzitini təmin etməyə hazırdır. İrandan tranzit üçün hər hansı maneə varmı? Axı biz də İranla eyni hüquqi şərtlərlə eyni tranziti təmin etməyə hazır olduğumuzu deyirik. Qarşılıqlılıq prinsipinə əsaslanaraq, biz tranzit prosedurlarının bəzi sadələşdirilməsinə və avtomatlaşdırılmış mexanizmlərin tətbiqinə razılıq verməyə hazırıq”.

Post navigation

Previous: Azərbaycan – Belarus oyununun yeri və saatı açıqlanıb
Next: Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 180837
  • Cəmiyyət

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 153540
  • Cəmiyyət

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 150832
  • Gündəm

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

Cavidan 25 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 999)
  • Dünya (1. 029)
  • Gündəm (3. 312)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (400)
  • Texnologiya (15)

Xəbər Trendi

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib Screenshot 2026-08-25 183819 1
  • Cəmiyyət

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust, 2026
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib Screenshot 2026-08-25 180837 2
  • Cəmiyyət

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

25 Avqust, 2026
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ Screenshot 2026-08-25 171633 3
  • Cəmiyyət

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust, 2026
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir Screenshot 2026-08-25 165608 4
  • Cəmiyyət

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

25 Avqust, 2026
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM Screenshot 2026-08-25 163603 5
  • Cəmiyyət

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2999) Dünya (1029) Gündəm (3312) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (400) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.