Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Suriyadan sonra diqqət ora yönəldi – Türkiyə ilə müharibə mesajı verildi
  • Dünya
  • Gündəm

Suriyadan sonra diqqət ora yönəldi – Türkiyə ilə müharibə mesajı verildi

Şərqi Aralıq dənizində balans Türkiyənin xeyrinə dəyişir. Ankara ilə Suriyada Əsəd rejimi devrildikdən sonra onu əvəzləyən yeni hökumət
Cavidan 11 Yanvar, 2025
photo-2020-07-29-08

Şərqi Aralıq dənizində balans Türkiyənin xeyrinə dəyişir. Ankara ilə Suriyada Əsəd rejimi devrildikdən sonra onu əvəzləyən yeni hökumət arasında sıx təmaslar var.

Bunu türkiyəli jurnalist Hüseyn Akif Küçükal deyib.

Onun sözlərinə görə, Suriyanın yeni rəhbərliyinin Şərqi Aralıq dənizində Türkiyə ilə ortaqlığı vəziyyəti fərqli istiqamətə yönələdəcək:

“Türkiyənin Misir, Suriya və Livanla yeni xüsusi iqtisadi zonalarla (XİZ) bağlı saziş imzalaması Yunanıstanı xeyli narahat edəcək. Bu səbəbdən Türkiyənin Şərqi Aralıq dənizində mümkün gedişlərinin qarşısını almaq üçün hər cür vasitəyə əl atmağa hazır görünürlər.

Məsələn, hərbi cəhətdən ABŞ və İsrailə arxalanırlar. Hazırda Yunanıstanın demək olar ki, bütün şəhərlərində ABŞ bazaları var. ABŞ layihədən çıxardığı Türkiyənin yerinə F-35-ləri Yunanıstana verdi. Amma 20 təyyarə 2028-ci ildə tədarük ediləcək. Yəni Türkiyənin KAAN-ı inventara əlavə etdiyi tarixdə. Həmçinin ona qədər Türkiyə ABŞ-dən sifariş etdiyi modernləşdirilmiş F-16-ları da alacaq. Bir sözlə, Türkiyə hava gücü və PUA texnologiyasındakı üstünlüyünü nəzərə alsaq, orta və uzunmüddətli perspektivdə donanması və hərbi imkanları ilə Yunanıstandan bir addım öndə olacaq.

Yunanıstan bu boşluğu aradan qaldırmaq üçün Avropa İttifaqında (Aİ) hava hücumundan müdafiə sahəsində tərəfdaş axtarsa ​​da, istədiyini tapa bilməyib. Bunun əvəzinə İsrailə yaxınlaşıb. Təl-Əviv Suriyada Türkiyəyə dəyənək göstərməyə çalışarkən, Aralıq dənizində də Ankaranın qarşısına çıxmaq fürsətini əldən vermək istəmir. Afina “Dəmir Günbəz” qalxanı üçün 2 milyard avro xərcləmək niyyətindədir”.

Akif Küçükal Qərbdən Yunanıstana hərbi dəstəyin davamlı olmayacağını düşünür:

“Məsələn, Panama, Kanada və Qrenlandiya məsələləri Trampın siyahısında Yunanıstandan öndədir. Əlbəttə, Afinanın sonu Dəməşq kimi olmayacaq. Çünki həm NATO ölkəsidir, həm də Qərbin mühüm müttəfiqidir.

Bununla belə, sözümü Yunanıstanın “Ta Nea” qəzetində dərc olunan məqalədəki bu ifadələrlə bitirmək istəyirəm:

“Yunanıstan silahlanma proqramına ciddi yanaşmadı, türklər isə çılğın silahlanma yarışına girişiblər. Yunanıstana qarşı tarazlıq dəyişib, bu, türkləri cəsarətləndirib. Müdafiəyə sərmayə qoymasaq, geri çəkilmək məcburiyyətində qalacağıq və ya müharibə dilemması ilə üzləşəcəyik”.(Teleqraf.com)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Prezident Şahin Bağırovu ordenlə təltif edib
Sonrakı: Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə araşdırma başlayıb – RƏSMİ

Bölmənin digər xəbərləri

EhCcDGqqS v
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Cavidan 13 Oktyabr, 2026
UAX6Bi71qp1i79Ec5Vxv
  • Gündəm

Arzu Əliyeva və Alyona Əliyeva “44” bədii filminin premyerasında iştirak ediblər

Cavidan 13 Oktyabr, 2026
bE_1200
  • Gündəm

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Cavidan 12 Oktyabr, 2026

Teqlər

2026 AirPods 3 Android AnTuTu Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Crew Dragon e-Devlet FCC Femmes Digitales Forza Horizon 6 Health iphone massenger MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Playground Games PlayStation 5 PS5 qadağa Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 sosial şəbəkələr spacex Sport Starlink Starlink Mobile sticker stiker Stories Türkiyə uşaqlar World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 261)
  • Dünya (1. 081)
  • Gündəm (3. 454)
  • İdman (246)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (235)
  • Kriminal (299)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (5)

Xəbər Trendi

Azərbaycan neftinin qiyməti 131 dolları keçib EhCcDGqqS v 1
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

13 Oktyabr, 2026
Arzu Əliyeva və Alyona Əliyeva “44” bədii filminin premyerasında iştirak ediblər UAX6Bi71qp1i79Ec5Vxv 2
  • Gündəm

Arzu Əliyeva və Alyona Əliyeva “44” bədii filminin premyerasında iştirak ediblər

13 Oktyabr, 2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb v200 (1) 3
  • Cəmiyyət

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

12 Oktyabr, 2026
Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ 7ef44aa8-dda v 4
  • Cəmiyyət

Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

12 Oktyabr, 2026
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib OtKJUR1hbZ6LjwNIZ b 5
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3261) Dünya (1081) Gündəm (3454) Kateqoriyasızlar (235) Kriminal (299) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (5) İdman (246) İqtisadiyyat (169)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.