Gürcüstanın özünəməxsusluğuna, ənənələrinə və dinc inkişafına qarşı fəal şəkildə həyata keçirilən hücumlar bu gün ölkənin müasir tarixində ən vacib sınaqlardan birindən keçdiyini göstərdi.
Bu barədə hakim “Gürcü Arzusu” Partiyasının fəxri sədri və təsisçisi Bidzina İvanişvili və onun həyat yoldaşı Yekaterinanın Milad təbrikində deyilir.
“Son zamanlar baş verən hadisələr, ölkəmizin özünəməxsusluğuna, ənənələrinə və dinc inkişafına qarşı koordinasiya edilmiş fəal hücumlar hamımıza göstərdi ki, bu gün biz ölkəmizin müasir tarixində ən vacib sınaqlardan birindən keçirik”, – məktubda yazılıb.