Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Repertuarı köhnələn İrəvan – sülh, KTMT şoularına baxan azalır – TƏHLİL
  • Dünya
  • Gündəm

Repertuarı köhnələn İrəvan – sülh, KTMT şoularına baxan azalır – TƏHLİL

Cavidan 4 Oktyabr, 2024
c07233ad-78cd-3749-b110-f7257a7b6165_850

Ermənistan hakimiyyəti fikri yayğın uşağa oxşayır. Bəzən onda dağınıq skleroz simptomları da müşahidə olunur.

Son günlər İrəvana Rusiyadan yüksək vəzifəli rəsmlər səfər edib. Rusiyanın Baş naziri Mixail Mişustin, onun müavini Aleksey Overçuk və başqaları Ermənistan hökumətinin qonaqları olublar.

Sentyabrın 5-də isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada işgüzar səfərdə olub, Rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə nazirlər iki ölkənin strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin, o cümlədən ticarət-iqtisadi, elmi və mədəni sahələrdə gələcək inkişafla bağlı bir sıra məsələlərə ətraflı toxunublar. Bu il Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinin, eləcə də Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının 25 illiyinin qeyd olunduğunu vurğulayan tərəflər bütün səviyyələrdə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ), MDB və başqa beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan, fəal dialoqdan məmnunluq ifadə ediblər.

Mirzoyanın Moskva ziyarətindən təxminən iki həftə sonra Ermənistanın baş naziri Nikol Paşinyan Ümumerməni Forumunda bildirib ki, KTMT ilə münasibətlərdə “dönüş olmayan nöqtə”yə yaxındırlar. Onun sözlərinə görə, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır: “Ermənistan KTMT-də iştirakını dondurdu, çünki bu struktur respublikanın suverenliyinə təhdid yaradırdı”.

Paşinyan onu da qeyd edib ki, ölkəsi Rusiya, Aİİ ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil. Onun sözlərinə görə, Ermənistan iqtisadi əlaqələrini şaxələndirməyə, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır: “Bu, əvəzetmə deyil, əlavədir”.

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov isə bildirib ki, təşkilat Ermənistanı bərabərhüquqlu tərəfdaş hesab etməkdə davam edir və bütün məsələlər üzrə dialoqa hazırdır.

Kremlin sözçüsü Dmitri Peskov onda Paşinyanın bəyanatına reaksiya verərək baş nazirin qiymətləndirməsi ilə razılaşmadığını bildirərək vurğulayıb ki, KTMT-dən heç bir təhlükə yoxdur: “Əksinə, təşkilat üzv ölkələrin suverenliyini qorumağa çağırır”.

Ermənistan son illər KTMT-nin tədbirlərində iştirak etmir.

Oktyabrın 2-də Varşava təhlükəsizlik Forumunda “Qlobal nizam və demokratiya: Cənubi Qafqazın xəritəsi?” mövzusunda keçirilən toplantıda çıxış edən Ararat Mirzoyan bildirib ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı bütün riskləri diqqətlə qiymətləndirmək lazımdır. O, forumda ölkəsinin təşkilatdan çıxmasının perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib: “Əsas prioritet sabitlikdir və baş verə biləcək hər hansı bir proses xüsusən də risklər baxımından çox diqqətlə hesablanmalıdır”.

Aleksandr Bortnikov

Oktyabrın 4-də İrəvanda MDB-yə üzv ölkələrin xüsusi xidmət orqanları başçıları şurası keçirilir. Rusiya Federal Təhlükəsizlik Xidmətin direktoru Aleksandr Bortnikov həmin toplantıda vurğulayıb ki, Qərb Ermənistana imtiyazlı silah tədarükü və təhlükəsizlik təminatları qarşılığında rəsmi İrəvanı KTMT-dən çıxarmağa çalışır: “Bu da onu Bakı ilə münasibət məsələlərində NATO-dan daha da asılı vəziyyətə salacaq”.

Nikol Paşinyan müxalifətdə olduğu illərdə KTMT, MDB və Aİİ-yə qarşı çıxırdı. Ancaq birinciyə qarşı açıqlamalar versə də, o birilərdə fəaliyyətini davam etdirir. Bu qurumlar RF-nin liderliyi ilə qurulub. Odur ki, onların ikisi ilə əlaqə saxlayıb, birində “suverenliyə ziddir” iddiası ilə fəaliyyəti “dondurmaq” saxtakarlıqdır. Çünki Moskvanın patronluq etdiyi təşkilatlardan birinin pis, ikisinin iqtisadi-ticarət maraqları təmin etmək üçün şaxələnməyə əlverişli imkan yaratması məntiqli deyil.

Mirzoyanın KTMT məsələsində düşünməyin vacib olduğunu, prioritetin təhlükəsizliyə fokuslanması Paşinyan komandasında fikir ayrılığının olduğu ehtimalını irəli sürməyə əsas verir.

Aleksey Overçukun İrəvana səfəri, Aİİ hökumət başçılarının İrəvanda toplantısının keçirilməsi, tədbirdə Mixael Mişustinin iştirakı kimi hadisələrin Ararat Mİrozyanın risklərlə bağlı fikirlər söyləməsinə səbəb olduğunu ehtimal etmək mümkündür.

Odur ki, Ermənistan hakimiyyətinin ehtiyat etdiyi risklər aşağıdakılar ola bilər:

– Baqratın başçılıq etdiyi aksiya iğtişaşa çevrilə bilər;

– Qarşıdan gələn aylarda Rusiyadan Ermənistana ötürülən qaz kəsilər, yaxud azalar;

– Hərbi Gürcüstan yolu əlverişsiz hava şəraiti bəhanəsi ilə bağlanar;

– Ermənistan tərəfdən Azərbaycanla sərhəddə təxribat törədilər;

– Orduda qarşıdurma yaranar;

– Qaçqınlar hakimiyyətə qarşı etiraz aksiyası keçirər;

– Hökumət dəyişikliyinə cəhd olar;

– Rusiya hərbçiləri ilə qarşıdurma yaranar və s.

Bütün bunlar Ermənistanın təhlükəsizliyini təhdid edən, riski artıran hallardandır.

Odur ki, İrəvanın KTMT oyunu hələ bir az da sürəcək. Çünki risklər Ermənistana baha başa gələr. Azərbaycanla sülh danışıqlarında, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası kimi məsələlərdə tutduğu istiqrarsızlıq, saxta barışsevərlik nümayişi KTMT-yə münasibətdə də özünü göstərir. Paşinyan və komandası dörd ildir Azərbaycan normallaşma prosesi ilə bağlı boşboğazlıq edirlər. Sülh təkiflərini müzakirə edərək konkret addımlar atmaqdansa, humanistliyi imitasiya edirlər. Yamsılamaq isə şounun bir janrıdır. Bütün tamaşalar bitir. Ona görə də Paşinyanın, Mirzoyanın təqlid teatrının repertuarı köhnəlib. Belə hökumətin sülh sazişinə atacağı imza etibarsız olar.

Yayğın, dağınıq başla siyasət yürüdən indiki Ermənistan hakimiyyətinin davamiyyəti çətin olacaq…(Report)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Sarkisyana bəraət verdiyi üçün işdən çıxarıldı
Next: Metroda bu qaydaları pozsanız – 200 manat cərimələnəcəksiniz

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 153547
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.